29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Keçən il dünyada superzənginlər və digərləri arasında varlılıq fərqi artmağa davam edib, Oxfam yeni bir hesabatda iddia edir.
Xeyriyyə təşkilatı bildirib ki, keçən il qazanılan pulun 82 faizi dünya əhalisinin ən varlı 1 faizinin cibinə gedib, digərləri isə sahib olduqları sərvətdə heç bir artım müşahidə etməyiblər.
Oxfam deyib ki, təşkilatın əldə etdiyi rəqəmlər hazırki sistemin uğursuz olduğunu göstərir. Lakin bəzi tənqidçilər təşkilatın məlumat bazasını sual altına qoyublar.
Təşkilat artan fərqə əsas səbəblərin vergidən qaçma, şirkətlərin siyasətə təsiri, əmək hüquqlarının zəifləməsi və hökumətlərin xərclərini azaltması olduğunu deyib.
Oxfam artıq beş ildir ki, buna bənzər hesabatlar dərc edir. 2017-ci ildə təşkilatın hesablamaları dünyanın ən zəngin 8 varlısının sərvətinin dünya əhalisinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu iddia etmişdi.
Bu ilki hesabatda isə təşkilat hesablamasını dəyişərək, keçən ilki rəqəminə düzəliş edərək, dünyada ən varlı 61 nəfərin sərvətinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu deyib. Bu il isə, bu fərq artaraq, yalnız 42 nəfərin sərvətinin ən kasıb 50 faizinin sərvətinə bərabər olduğunu qeyd edib.
Oxfam bildirib ki, hesabalamasına etdiyi dəyişikliyə səbəb, təşkilatın daha dəqiq məlumat əldə etdiyinə görədir. Buna baxmayaraq, təşkilatın dünyanın ən zənginləri ilə kasıb əhalinin sərvəti arasındaki fərqin artmaqda davam etdiyini vurğulayıb.
Qəbulolunmaz
Oxfam-ın baş idarəçisi Mark Goldring rəqəmlərindəki dəyişikliyin hesabatın hər dəfə hazırlananda mövcud olan ən dəqiq məlumatdan istifadə etdiyinə görə olduğunu bildirib.
“Buna necə baxırsan bax, bu dərəcədə bərabərsizlik qəbulolunmazdır”, o deyib.
Oxfam-ın hesabatının dərc edilməsi İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun keçirilməsilə üst-üstə düşür. İllik konfrans dünyanını ən mühüm siyasi və biznes liderlərini cəlb edir.
Danışıqlar zamanı bərabərsizlik mühüm mövzu olur, lakin cənab Goldring şikayət edir ki, çox vaxtı “sərt söhbətlər ilk müqavimətlə üzləşən kimi yoxa çıxır”.
Təhlil – Anthony Reuben, BBC Reality Check
Superzənginlərin və ən kasıb əhalinin sahib olduğu sərvəti hesablamaq çox çətindir.
Superzənginlərin çoxu sərvətləri barədə məlumatı ictimailəşdirmirlər və dünyanın ən kasıb ölkələrinin topladığı statistikanın kefiyyəti, adətən aşağı səviyyədə olur.
Oxfam rəqəmlərindəki dəyişikliklər də bunu göstərir. Keçən il Oxfam bizə demişdi ki, dünyanın ən varlı 8 nəfərinin sərvəti dünyanın ən kasıb 50 faizinin sərvətinə bərabərdir. Bu il isə təşkilat keçən ilin rəqəmini ən varlı 8 nəfərdən 61 nəfərə artırıb və bu il bu rəqəmin 42 nəfər düşdüyünü deyir. Bu çox böyük dəyişiklikdir.
Hesabatın istifadə etdiyi statistika barədə digər problemlərdə də ola bilər. Məsələn, çox kasıb olduqları qeyd olunan şəxslər çox da kasıb olmaya bilərlər. Mümkündür ki, onlar təhsil xərcləri kimi böyük borcları olan peşəkarlar və ya böyük gəlirləri və eyni zamanda böyük ipoteka xərcləri olan insanlardır.
Lakin dünya əhalisinin sərvətinə bərabər sərvətə sahib olan şəxslərin sayı 8, 41 və ya 62 nəfər olsa da bu nəhəng bərabərsizliyin göstəricisidir və Oxfam-ın Davosa apardığı əsas mesaj budur.
Xeyriyyə təşkilatı biznes modellərinin dəyişməsini istəyir. Təşkilat iddia edir ki, səhmdarların gəlirlərini ümümi ictimai təsirdən daha üstün tutmaq səhv yanaşmadır.
Təşkilat bildirir ki, dünyaya siyasi dəyişikliyə istək böyükdür. Oxfam 10 ölkədə apardığı sorğuda iştirak edən 70 min nəfərin 72 faizinin hökumətlərinin “varlılarla kasıbların gəlirləri arasındaki fərqi həll etmək” istədiklərini deyib.
Hesablamasında Oxfam Forbes və Credit Suisse-in Qlobal Sərvət statisikasından istifadə edib.
Lakin azad bazar yönümlü araşdırma təşkilatı The Institute of Economic Affairs-in baş direktoru Mark Littlewood Oxfam-ın “kasıblardan daha çox varlılara maraq” göstərdiyini iddia edib.
“Daha yüksək vergilər və gəlirlərin yenidən paylanması kasıblara kömək etməyəcək – sərvət məhdud bir rəqəmdən ibarət deyil. Varlılar həmçinin çox vergi ödəyən şəxslərdir – onların sərvəti azaltmaq yenidən paylanma ilə nəticələnməyəcək, bu heç kəsə xeyri olmadan onların sərvətini məhv edəcək”, o deyib.
Başqa bir azad bazar yönümlü araşdırma təşkilatı – Adm Smith Institute-un araşdırma rəhbəri Sam Dumitriu-da bu mövqeni paylaşıb. O, Oxfam-ın rəqəmlərinin hər dəfə səhv bir nəticə göstərdiyini iddia edib.
“Həqiqət odur ki, son onilliklər ərzində qlobal bərabərsizlik çox azalıb… Çin, Hindistan və Vyetman daşınmaz əmlak hüquqlarını müdafiə edən və qaydaları azaldaraq rəqabətliyi artıran neoliberal islahatları həyata keçirdikcə düyanın ən kasıb əhalisinin gəlirləri kütləvi şəkildə artaraq daha bərabər gəlir paylaşımı ilə nəticələnib”, o deyib.