Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Yalçın İmanovun, Fəxrəddin Mehdiyevin vəkil fəaliyyətinin dayandırılmasında müstəsna rolu olan Aydın Axundov təkrar səsverməni niyə keçirib?
Son iki ayda ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən iki tanınmış vəkilin – Yalçın İmanov və Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırıldı. Səbəb isə həmin vəkillərin gerçəkdən vəkillik fəaliyyəti ilə məşğul olması, müvəkillərinin hüquqlarını gerçəkdən müdafiə etməsidir.
Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Nardaran məhbusu Abbas Hüseynova saxlandığı Qobustan həbsxanasında qeyri-insani rəftar – 40dərəcədən artıq istidə dəmir dirəyə bağlanıb, döyülməsi, digər işgəncələrə məruz qalması haqda məlumatı ictimailəşdirdiyinə görə cəzalandırılıb. Fəxrəddin Mehdiyev isə müvəkkili – Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin onun haqqında mətbuatda yazılan ittihamlara,təhqirlərə verdiyi cavab açıqlamasını yaydığına görə peşəsindən məhrum edilib.
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsinə gəlməmişdən əvvəl muzdlu vəkillərə (“paykovoy”) qarşı mübarizə aparılacağını iddia etsə də, dediyi elə söz olaraq qalmaqdadır. Müstəntiqin 5-10 manatı ilə iştirak etmədiyi istintaq hərəkətlərinin protokollarına imza atan, müvəkkillərinin hüquqlarının pozulmasına göz yuman “vəkillər” əvvəlki kimi yenə də iş başındadır, onlara “qaşın üstə gözün var” deyən yoxdur.
Yeni sədr Anar Bağırov və ətrafındakıların vəkillərə və vəkilliyə münasibəti verdikləri qərarlardan da bəllidir. Bununla bağlı “Azadliq.info”ya ilginc məlumat daxil olub.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarının birində vəkil Elxan Süleymanovun həmkarı Hüseyn Həsənovdan şikayətinə baxılıb. Şikayətdən məlum olur ki, Hüseyn Həsənov məhkəmə iclaslarından birində həmkarı Elxan Süleymanovu ağır söyüşlərlə təhqir edib, bu azmış kimi, ona hücum edib, kitabı üzünə çırpıb. İş o yerə çatıb ki, Süleymanovun burnu partlayıb, sifəti qana bulaşıb.
Elxan Süleymanov həmkarının ona qarşı bu hərəkətindən Vəkillər Kollegiyası ilə yanaşı, prokurorluğa da şikayət edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətində bu məsələ müzakirə olunarkən Hüseyn Həsənovun bu hərəkəti vəkilliyə yaraşmayan addım kimi qiymətləndirilib və onun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsi qaldırılıb. Rəyasət Heyətinin üzvlərinin bir çoxu Həsənovun Kollegiyadan xaric olunmasına səs veriblər.
Prinsipial, öz sözünü deməyi bacaran vəkillərin Vəkillər Kollegiyasından çıxarılması üçün əlindən gələni ardına qoymayan sədr müavini Aydın Axundov təkrar səsvermə keçirib. Bu dəfə Hüseyn Həsənovun Kollegiyada qalmasına səs verənlərin sayı bir nəfər çox olub. Yalçın İmanovu müvəkkilinə verilən işgəncələr haqda mətbuatda danışdığına, Fəxrəddin Mehdiyevi hüquqlarını müdafiə etdiyi şəxsin cavabını yaydığına görə vəkillikdən uzaqlaşdıranlar öz həmkarını məhkəmədə hər kəsin gözü qarşısında qana boyayan vəkilə sadəcə, töhmət verməklə kifayətləniblər.