Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Yanvarın 22-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin hər iki vəkili – Fəxrəddin Mehdiyev vəAqil Layıcov cəzalandırıldı. F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırıldı, A.Layıcova isə töhmət verildi. Hər iki vəkil C.Hacıyevin həbsxanadan verdiyi müsahibənin mətbuatda yayılmasına görə günahkar bilinib.
Adları çəkilən vəkillərin heç biri onlar haqqında qərarın verildiyi iclasda iştirak etməyib. F.Mehdiyev bildirib ki, yanvarın 22-də günorta saatlarında Rəyasət Heyətinin sədr müavini Aydın Axundov onu zəng edib, təcili toplantıya çağıranda Kürdəxanıdakı istintaq təcridxanasına – hüquqlarını müdafiə etdiyi dustaqlardan birinin yanına gedirdi. Sədr müavininə də bunu deyib və iclasın başqa vaxta keçirilməsini istəyib, amma qarşı tərəf razılaşmayıb. Təcridxanadan çıxanda isə yenə də sədr müavini ona zəng edərək, fəaliyyətinin dayandırıldığı haqda məlumat verib.
Aqil Layıcov isə ümumiyyətlə, ölkədə olmayıb. O, yanvarın 22-nə keçən gecə xaricəgedib.
C.Hacıyevin müsahibəsinin yayılmasından sonra onun müdafiəçilərindən Vəkillər Kollegiyasına Baş prokurorun birinci müavini Rüstəm Usubov şikayət edib. Usubov vəkilləri istintaq sirrini yaymaqda günahlandırıb.
F.Mehdiyev Vəkillər Kollegiyasının İntizam Komissiyasına verdiyi izahatında C.Hacıyevin hazırladığı açıqlamanı mətbuata verdiyini təsdiqləsə də, bu addımında heç bir qanun pozuntusu olmadığını bildirib. Deyib ki, C.Hacıyev mətbuatda özünün vəailə üzvlərinin ünvanına səsləndirilən ittihamlara, təhqirlərə cavab verib və bu, onun hüququdur. F.Mehdiyev həmçinin, həmkarı A.Layıcovun ümumiyyətlə, bu məsələdəiştirakı olmadığını da qeyd edib.
A.Layıcov da sözügedən müsahibənin hazırlanması və mətbuatda yayılmasından xəbərsiz olması haqda izahat verib. Buna baxmayaraq, ona da cəza verilib.
A.Layıcov deyir ki, niyə cəzalandırıldığını özü də bilmir, çünki bunun üçün nəinki səbəb, heç bəhanə də olmayıb: “Mənə heç nədən töhmət veriblər. Hələ də nəyə görəverildiyini bilmirəm. İnanın ki, bilmirəm. Çünki bu məsələdə, hətta bəhanədən dəsöhbət gedə bilməz. Yəni mən bunun üçün bəhanə də verməmişəm. Amma zaman bütün məsələləri həll edir. Mən bu sənəti seçəndə belə töhmətləri də göz önünə alıb seçmişəm. Bu bir tarixdir. O tarix ki, hər kəsi sınaqdan keçirir…”
Qeyd edək ki, bundan öncə də ictimai-siyasi fəalların hüquqlarının müdafiəsini həyata keçirən bir sıra tanınmış vəkillər – Xalid Bağırov, Əlayif Həsənov, Müzəffər Baxışov, Aslan İsmayılov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Ən son noyabrın 20-də vəkil Yalçın İmanov eyni aqibətlə üzləşib. İmanov hüquqlarını müdafiə etdiyi Nardaran məhbusu Abbas Hüseynova saxlandığı Qobustan həbsxanasında işgəncə verilməsini ictimailəşdirdiyinə görə cəzalandırılıb. Kollegiya rəhbərliyi hesab edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə işgəncə verilsə də, vəkil mətbuata bu haqda danışmamalıydı.
Yerli və beynəlxalq insan haqları təşkilatları isə prinsipial, müstəqil vəkillərin sifarişləcəzalandırıldığı qənaətindədir.