Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

İcra başçısıyla jurnalistin məhkəməsi başladı

Tarix:25-01-2018, 08:09 Baxış Sayı:157

İcra başçısıyla jurnalistin məhkəməsi başladı

Azel.tv saytının həbsdə olan təsisçisi və redaktoru Əfqan Sadıqovun Cəlilabad Rayon Məhkəməsində yanvarın 24-də yeni məhkəmə prosesi başlayıb. 
Xuliqanlıq ittihamı ilə həbs olunan jurnalisti bu dəfə Cəlilabad rayonunun İcra Hakimiyyətinin başçısı Əziz Əzizov böhtanda ittiham edir.
Xüsusi ittiham qaydasında şikayətə Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin sədrliyi ilə baxılır.
Məhkəmə prosesi haqda jurnalistin vəkili Elçin Sadıqovun bildirdiyinə görə, şikayət gərəkli prosessual tələblərə cavab verməyib.
O, məhkəmədən xahiş edib ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilsin.
“Xüsusi ittiham qaydasında şikayətin tarixi göstərilməlidir. Ancaq şikayətdə bu göstərilməmişdi. Eyni zamanda şikayət edən şəxs əməli kimin törətməsi – yazının müəllifinin kim olması barədə sübutlar təqdim etməlidir. Bunlar da məhkəməyə təqdim olunmamışdı”, – vəkil bildirib.
E.Sadıqovun deməsinə görə, müdafiə tərəfi həmçinin, prosessual qanunvericiliyə istinad edərək, məhkəmə qarşısında xüsusi ittihamçının – icra başçısı Əziz Əzizovun şəxsən məhkəmədə iştirak etməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Məhkəmə yekunda şikayətin icraata götürülməsinə qərar verib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu təxribat adlandırıb.
2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub. Ona 2 il 6 ay həbs cəzası verilib. Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib.
İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər.
Hüquq müdafiə təşkilatları Əfqan Sadıqovu siyasi məhbuslar siyahısına daxil edib. Yerli hüquq müdafiəçiləri jurnalistin rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs edildiyini düşünür.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL