Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Sürüşmə sahələrində ev tikmək olarmı

Tarix:25-01-2018, 15:59 Baxış Sayı:177

Sürüşmə sahələrində ev tikmək olarmı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi: “Bizdən heç soruşan da yoxdur”

“Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır. Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, Masazırdakı “Qır gölü”nün yaxınlığında olan və hazırda aktivləşən sürüşmə sahəsindəki evlərin yerində əvvəl gölün yatağı olub: “Həmin yer maili yamacdır. Vaxtilə orada göl olub. Sonra göl qurudulub və evlər tikilib. İndi isə həmin ərazidə qrunt sularının səthə çıxması halı müşahidə edilir. Qrunt sularının səthə çıxması isə sürüşmə sahəsinin dinamikasına təsir göstərir. Ev tikmək məqsədilə “Qır gölü”nün qurudulması prosesi hazırda da davam edir”.

R.Həsənov qeyd edib ki, həmin ərazidə evlərin tikilməsi gələcəkdə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər: “Orada ev tikmək məsləhətli deyil. Çünki bura göl yatağıdır, qurudulur, müəyyən qədər torpaq tökülür. Ancaq gələcəkdə yamacın dik hissəsindən aşağıya doğru qrunt suları, təsərrüfat suları axıdılacaq. Bundan başqa, yamac da dikdir. Gələcəkdə yağış suları da ərazidə toplanacaq. Ona görə də orada evlərin tikilməsi məsləhət deyil. Yaxşı olar ki, göl yatağı olan ərazilərdə, maili yamaclarda ev tikilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınsın”.

R.Həsənov əlavə edib ki, vaxtilə göl olan ərazilərdə yaşayış evlərinin tikilməsi halları yalnız “Qır gölü” adlanan yerdə müşahidə edilmir: “Masazır qəsəbəsindəki bir neçə yerdə subasma sahələri əvvəl göl olub. Zaman-zaman onlar qurudulub və yerində ev tikilib. Sonda da əhali belə subasma problemləri ilə üzləşir. Yəni biz təbiətə nə ediriksə, onun da cavabını alırıq. Bunlar hamısı özümüzün yaratdığı problemlərdir”.

Qeyd edək ki(trend), hazırda Masazırdakı “Qır gölü” adlanan ərazidə sürüşmə prosesi aktivləşib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL