Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Azərbaycan İnsan Azadlığı İndeksində 128-cidir

Tarix:25-01-2018, 15:20 Baxış Sayı:131

Azərbaycan İnsan Azadlığı İndeksində 128-cidir

İsveçrə dünyada ən azad ölkədir, İnsan Azadlığı İndeksində Honq Konqu sıxışdıraraq ikinci yerə salıb. Yanvarın 25-də açıqlanmış hesabatda belə deyilir.

Birləşmiş Ştatlar 24-cü yerdən 17-ci yerə yüksəlib.

Hesabatı Cato İnstitutu, Fraser İnstitutu, Friedrich Naumann Azadlıq Fondunun the Liberales İnstitutu birgə dərc edir.

AZƏRBAYCAN VƏ QONŞULARI

Bu indeks 159 ölkə və yurisdiksiyada fərdi, mülki və iqtisadi azadlıqların 79 indikatoru üzrə dəyərləndirmə aparır.

Azərbaycan 6,12 balla 128-cidir.

Azərbaycanda hüququn aliliyi 4,20, təhlükəsizlik 8,86, hərəkət azadlığı 5, din azadlığı 2,50, birləşmə azadlığı 3,13, ifadə və informasiya azadlığı 5,27, münasibətlər 8,33, hökumətin ölçüsü 5,19, hüquqi sistem və mülkiyyət hüquqları 5,95, möhkəm valyuta 7,45, beynəlxalq ticarət azadlığı 7,07, tənzimləmə 7,08 balla dəyərləndirilib.

Qonşulardan Gürcüstan 40, Ermənistan 54, Rusiya 126, Türkiyə 84, İran 154-cü yeri tutub.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə təməl insan haqlarının tam təmin olunduğunu bildirir, beynəlxalq qurumlarının bu yöndə tənqidlərini qətiyyətlə rədd edirlər.

2015-ci ildə 159 ölkə üzrə orta bal 6,93 olub. Azadlıqlar 0-10 bal arası dəyərləndirilir, 10 ən böyük azadlıq deməkdir. 2014-cü illə müqayisədə azadlığın səviyyəsinin azacıq (−0.05) azaldığı bildirilir.

AZADLIĞIN GƏLİRLƏ ƏLAQƏSİ

İlk 10 yeri İsveçrə, Honq Konq, Yeni Zelandiya, İrlandiya, Avstraliya, Finlandiya, Norveç, Danimarka, Niderland və Böyük Britaniya tutub.

Qərbi Avropa, Şimali Avropa və Şimali Amerika azadlığın ən çox bərqərar olduğu regionlardır. Ən aşağı səviyyə Yaxın Şərq və Şimali Afrika, Şərqi Avropa (Moldova, Rusiya, Ukrayna), Cənubi Asiya və Saharaaltı Afrikada qeydə alınıb.

Qadınlarla bağlı azadlıqlar ən çox Avropa regionlarında və Şimali Amerikada, ən az isə Yaxın Şərq və Şimali Afrika, Cənubi Asiya və Saharaaltı Afrikada qorunur.

Azadlığın yüksək səviyyədə olduğu ölkələrdə adambaşına düşən gəlir 38 min 871 dollar, az olanlarda isə 10 min 346 dollardır.

İnsan Azadlığı İndeksi insan azadlığı ilə demokratiya arasında güclü əlaqə olduğunu aşkarlayıb. Honq Konq bu mənada istisna sayılır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL