Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

“AXCP-nin azı 10 üzvü və azı 11 jurnalist qanunsuz olaraq həbsdədir”

Tarix:25-01-2018, 11:13 Baxış Sayı:140

“AXCP-nin azı 10 üzvü və azı 11 jurnalist qanunsuz olaraq həbsdədir”

“İl təzə başlayıb və Azərbaycan məhkəmələri artıq iki hökumət tənqidçisini siyasi motivli ittihamlarla təqsirli bilib. Bu həftə rayon məhkəməsi müxalifətin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlını 3 illik həbsə məhkum edib. Yanvarın əvvəlində isə başqa bir məhkəmə jurnalist və siyasi fəal Əfqan Muxtarlıya altı il həbs cəzası kəsib”. Bunu yanvarın 25-də “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia yazır.

Bayramlı və Muxtarlı 2017-ci ilin mayında Gürcüstanla sərhəddə saxlanılıblar. Sərhəd xidməti Gürcüstandan müalicədən qayıdan Bayramlının çantasından 12 min dollar bəyan edilməmiş pul tapıldığını, Bayramlı isə pulun onun çantasına atıldığını bildirir.

AXCP-NİN 10 ÜZVÜ VƏ AZI 11 JURNALİST

2015-ci ildə ailəsi ilə birlikdə ölkədəki təzyiqlər ucbatından Gürcüstana qaçmış Muxtarlı isə mühacirətdən də Azərbaycanda hökumət səviyyəsində korrupsiyadan yazırdı. O, mayın 29-da naməlum şəxslər tərəfindən Tbilisində oğurlanaraq Azərbaycana gətirilib. Jurnalistə də pul qaçaqmalçılığı, sərhədi qanunsuz keçmə, hökumət nümayəndəsinə müqavimət ittihamları irəli sürülüb. Muxtarlı ittihamların onun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Əfqan Muxtarlı məhkəməyə gətirilərkən, iyun, 2017-ci il

Əfqan Muxtarlı məhkəməyə gətirilərkən, iyun, 2017-ci il

Azərbaycanda AXCP-nin azı 10 üzvü və azı 11 jurnalist qanunsuz olaraq həbsdədir.

Hakimiyyət Bayramlını və Muxtarlını azadlığa buraxmalı, onların qanuni fəaliyyətini müdaxiləsiz davam etdirməsinə imkan verməlidir. Bakının beynəlxalq tərəfdaşları da onların buraxılması, vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasından ötrü davamlı mövqe sərgiləməlidir”, – Gogia yazır.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlərlə həbs olunmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Beynəlxalq qurumların ölkədə insan haqlarının durumunun pisləşməsiylə bağlı tənqidlərinə gəlincə, hakimiyyət bunu ölkəyə qarşı qarayaxma, təzyiq kampaniyası kimi xüsusi təşkil olunduğunu, müəyyən dairələr tərəfindən idarə edildiyini bildirir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL