Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Bayılın sürüşmə zonası olması yeni söhbət deyil. Zaman-zaman burada sürüşmələr olub. Bunun başlıca səbəblərindən biri də ərazidə yaşıllıqların məhv edilməsidir. Bütün bunlar da həmişə rəsmilərin gözü qarşısında edilib. İstər Səbayel rayon rəhbərləri, istərsə də yaşıllıqları qorumağa sorumlu, həm də yaşıllıqları məhv edənləri cəzalandırmaq səlahiyyəti olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağackəsənlərin cibi qarşısında susub. Düzdür, YAP uzun illərdir Bayıl yamacında ağac əkməklə məşğuldur, bu da daha çox reklama işləyən kampaniyadır. Çünki partiya rəsmiləri hər il 3-5 min ağac əkildiyini vurğulayır. Bu gedişlə Bayıl yamacında torpaq qalmamalıdır. Hələ 2012-ci ildə “Yeni Azərbaycan” qəzetinə müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bayıl yamacında 60 hektar ərazidə 156 min ağac və kol əkildiyini demişdi. Ağac əkildiyi deyilir, ancaq onun nə qədərinin quruduğunu, ya da nə qədərinin kəsildiyini deyən yoxdur. Başlıcası hər qurumun məsuliyyəti öz üzərindən atmasıdır. Paytaxtın bütün rayonlarında torpaq satmaq işinə icra hakimiyyətləri baxır, istənilən ərazidə – sürüşmə, zəlzələ zonası, neft buruqları arasında, yüksək gərginlikli elektrik xətllərinin altında olan torpaqları satırlar. Ərazidə tikinti başlayan kimi əlaqəli qurumlar da gəlib paylarını alıb gedirlər. Sonra qaz və işıq idarəsi də pulun alıb sayğacını quraşdırır. Hamı hər şeydən xəbərdar olur, bütün qurumların – yuxarıdan-aşağıya hamısının payı çatdırılır. İş çətinə düşəndəsə hər qurum məsuliyyəti üzərindən atır. Səbail Rayon İcra Hakimiyyəti kimi…
Səbail Rayon İcra Hakimiyyəti Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı yayılan xəbərlərə bu gün münasibət bildirib: “Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikilidir. Son 3 ildə isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Araşdırma aparılır”, – deyə məlumatda qeyd olunub.
Niyə son 3 il? Ona görə ki, Eldar Əzizov 3 ilə yaxındır (2015-ci il sentyabrın 2-dən) Səbayelin icra başçısıdır. Ondan qabaq olan başçıların satdığının məsuliyyətini bölüşmür. İllər üzrə Səbayeldə icra başçıları aşağıdakı şəxslərdir. Hər biri də vəzifədədir, heç biri məsuliyyətə cəlb olunmayıb.
Tələt Məcidov – 1999-2005 – Səbayeldən Prezident Administrasiyasına aparılıb.
Sahib Ələkbərov – 2005-2009 – Vergilər Nazirinin müavini.
Asif Əsgərov – 2009-2015 – Nəsimi rayon icra hakimiyyətinin başçısı.
Eldar Əzizov – 2015-ci ildən Səbayel İH-də, Sumqayıtın basşçılığından gəlib.
Baxmayaraq ki, özü həmin illərdə eyni işlərlə başqa rayonlarda məşğul olub. Onun yerinə gələnlər də məsuliyyəti bölüşmür – hamısı yapçı olsalar da…
RİH-dən bildirilib ki, bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri 1 gecədə, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa edilib, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir.
Bir gecədə ev tikməkmi olar? Lap tikilsə belə, icra hakimiyyətinin buldozeri onu bir saatın içində yerlə bir edər – pulu çatmasa.
Açıqlamada daha sonra yazılır: “…fərziyə irəli sürən, RİH-i ittiham edənlər nə hansı araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək, ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar. Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq”.
Hüququ ayaqlar altına atanların problemi “hüquqi müstəvidə” həll edəcəyinə onların heç özlərini də inandırmaq mümkün deyil.
Çalışın sürüşkən işlərdən, sürüşmə zonalarından uzaq olun…