Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
“BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlunun məhkəməsi yekunlaşıb. CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan sayt rəhbərinə şərti cəza verilib. Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.
E.Zahiroğlu 2017-ci ilin iyulunda deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında tutulub. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. H.Axundovu onun haqqında rüsvayedici məlumat yaymaqla hədələyib, ondan pul tələb etməkdə suçlanan sayt rəhbəri bir neçə gün saxlandıqdan sonra buraxılıb. İbtidai istintaq və məhkəmə dövrü üçün onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
E.Zahiroğlunun işinə qısa müddətdə baxılıb. Hələ istintaqın gedişində tərəflər arasında razılaşma əldə olunub. Razılaşmaya əsasən, məhkəmə prosesi ictimailəşdirilməyəcək, deputat oğlunun şantaj edildiyi məsələyə toxunulmayacaq.
E.Zahiroğlu özü də rəhbərlik etdiyi saytda məhkəməsi haqda heç bir məlumat veriməyib. Zərərçəkmiş H.Axundov məhkəməyə ondan şikayətçi olmadığını bildirib.
Hökm hər iki tərəfi qane etdiyindən heç biri ondan şikayət verməyib.
Qeyd edək ki, E.Zahiroğlu şair və sabiq deputat Sabir Rüstəmxanlının bacısı oğludur.