Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

“Rusiyaya çox giriş-çıxış etdiyim üçün deport olundum...”

Tarix:29-01-2018, 12:03 Baxış Sayı:176

“Rusiyaya çox giriş-çıxış etdiyim üçün deport olundum...”

Gənc müğənni Damla: “Daha çox Rusiyadan toy dəvətləri alıram”

Gənc müğənni Damla (Məsumə Məmmədova) müsahibə verib, şəxsi həyatı və yaradıcılığı ilə bağlı məqamlara toxunub.  Həmin müsahibəni təqdim edirik:

- Rusiyadan deportasiya olunmağınız ilə bağlı məlumatlar yayılmışdı. Özünüz də açıqladınız ki, Kan Abdullayev bu işdə sizə köməklik göstərib. Maraqlıdır, deport olunmağınızın səbəbi kimi nə göstərilirdi?

- Bu haqda yetərincə çox yazılıb. Təkrarən danışmaq istəmirəm.

- Amma səbəbi haqda danışmamısız?

- Səbəb kimi Rusiyaya çox giriş-çıxış etidiyimi, bu həddi aşdığımı göstərirdilər. Amma bu, sifarişli məsələ idi. Yəni  sifarişlə mənə deport qoyulmuşdu.

- Yeni çəkilən klipinizə gələk, “Fırtına” mahnısına vətənpərvərlik ruhda klip çəkmək ideyası necə yarandı?

- Bu, mənim öz ideyamdır və rejissora bu ideyanı özüm irəli sürmüşəm. Çünki mahnıda “gəl çarəm” sözü var. El arasında belə bir söz var, “ölümdən başqa hər şeyə çarə var”. Yəni çarəsizlik olan ölümdürsə, düşündüm ki, maraqlı klip çəkib, əsgər gedən sevgilisini gözləyən xanımın obrazını canlandıraq. Onun sonda şəhidlik məktubu almasından böyük çarəsizlik nə ola bilər...

- Bəs özünüz həyatda çoxmu çarəsiz qalmısız?

- Nə qədər güclü qadın olsam da, öz ayaqlarım üzərində dayanıb, maddi-mənəvi cəhətdən işlərimin öhdəsindən gəlsəm də, bəzən mənim də tükəndiyim və çarəsiz qaldığım zamanlar olur. Mənim də dizimi yerə qoyub, köks ötürdüyüm zamanlar olub. Digər qadınlar kimi, mənim də hisslərim, duyğularım var. Amma əsas odur ki, mən o çarəsizlik məqamlarını adlayıb, keçə bilirəm.

- Son vaxtlar sanki bir qədər emosional görünürsüz. Sanki nədənsə incimisiz...

- Əslində xarakterim belədir, duyğusal insanam. Yəni hər zaman beləyəm, “gözümün yaşı ovcumun içindədir”.

- Bir müddət bundan əvvəl meyxanaçı Pərviz Bülbülə ilə ekspromt duet oxudunuz. Amma nədənsə bu dueti yazdırmadız. Səbəb nə idi? Ümumiyyətlə hazırda Pərviz Bülbülə ilə münasibətləriniz necədir?

- Pərviz mənim duet ortağım deyildi. Biz bu dueti etdik və çox gözəl ki, hazırda bunu digərləri davam etdirir. Bizdən əvvəl bu cür dueti Aygün Kazımova Namiq Qaçuxurlu ilə etmişdi. Həmçinin Könül Kərimovanın da belə bir dueti vardı. Bizdə isə tam təsadüf nəticəsində, ekspromt oldu. Hazırda Pərvizlə münasibətlərimiz yaxşıdır.

- Bəziləri qeyd edir ki, sənətə mərhum müğənni Şəfanın mahnıları ilə gəlməyiniz sizə uğur qazandırıb.

- Xeyr, bu doğru fikir deyil. Bəli, mən Şəfanın bir mahnısını oxumuşam, amma məhz onun mahnıları ilə sənətə gəlməmişəm, bu yalandır. “O, mənəm” mahnısı ilə gəldim, daha sonra ardı-ardına mahnılarım çıxdı. Yaradıcılığında Damla artıq tanınırdı, bundan sonra Şəfanın mahnısını oxudu.

- Bir çox müğənnilərimiz var ki, məsələn, Üzeyir Mehdizadə və digərləri öz ölkəsində birmənalı qarşılanmasa da, qonşu ölkələrdə məşhurluq qazana biliblər, mahnıları dillər əzbəri olur. Sizcə, səbəb nədir? Yəqin ki, bilirsiz, siz də birmənalı qarşılanmayan müğənnilərdənsiz....

- Bəzi xəbərlər yayılmışdı ki, Üzeyir məndən küsüb. Lakin sonra məlum oldu ki, artıq hər şey qaydasındadır. Lakin bir daha qeyd edirəm ki, onun məndən niyə küsdüyünün səbəbini bilmirəm... Doğrudur, əvvəllər birmənalı qarşılanmırdıq. Lakin şükürlər olsun ki, öz ölkəmizdə də, eləcə də xaricdə sevilirik.

- Toy dəvətlərini daha çox ölkəmizdə, ya xaricdən alırsız?

- Hər ikisində. Daha çox Rusiyadan dəvətlər alıram. Amma Qazaxıstan, Türkiyədən də çoxlu dəvətlər olur".

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL