Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Xədicə İsmayıl Almaniya hökumətini məhkəməyə verib

Tarix:30-01-2018, 17:52 Baxış Sayı:137

Xədicə  İsmayıl Almaniya hökumətini məhkəməyə verib

“Sərhədsiz Reportyor” beynəlxalq söz azadlığını müdafiə təşkilatı daha beş başqa təşkilatla birlikdəAlmaniyanın Federal Konstitusiya Məhkəməsinə müraciət edib. Onlar Almaniyada xarici jurnalistləri izləməyə imkan verən qanun qəbulundan şikayətlənir.

Şikayətçiləəsasən araşdırmaçı jurnalistlərdir. Onların arasında azərbaycanlı jurnalist Xədicə İsmayıl, Meksikadan Раул Олмос da var.

Müraciətdə qeyd olunur ki, xarixi jurnalistlərin izlənməsinə imkan yaradan qanunun qəbulu söz və mətbuat azadlığına da təhdiddir.

“Bu qanun xarici kəşfiyyata jurnalistləri heç bir maneəsiz izləmək, məlumatları başqa xüsusi xidmət orqanları ilə bölüşmək imkanı yaradır. Bu isə qəbuledilməzdir, mətbuat azadlığının məhdudlaşdırılmasıdır”, – “Sərhədsiz Reportyorlar”ın Almaniya bürosunun rəhbəri Kristian Mihr bildirib.

Xədicə İsmayıl özü  də bu xəbəri təsdiqləyib. Jurnalist özü məlumat yayaraq, Almaniya hökumətini məhkəməyə verdiyini açıqlayıb.

Yeri gəlmişkən, bu gün Bakı Apellyasiya Məhkəməsində X.İsmayılın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.Apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin jurnalistə imtina qərarından verilib.

“Məni 12 min avrodan da məhrum elədilər”

X.İsmayıl məhkəmədə bildirib ki, bu qadağa üzündən xaricdə keçirilən beynəlxalq konfranslarda, ona verilən mükafatların təqdimat mərasimlərində və başqa tədbirlərdəiştirak edə bilmir. Elə sonuncu dəfə qadağanın götürülməsi ilə əlaqədar məhkəməyəmüraciət edəndə ona “Stockholm School of Economics”in Riqa filialında bir ay dərs demək üçün 12 min avroluq müqavilə təklif olunmuşdu. Amma məhkəmə qadağanı aradan qaldırmaqdan imtina etdiyinə görə o, bu gəlirdən də məhrum oldu.

Jurnalist onu da bildirib ki, ölkədən gedəndən sonra geri qayıtmamaq ehtimalı haqda qərarda yazılanlar həqiqətə uyğun deyil və bu fikrin heç bir əsası yoxdur: “Bu həm dəmənim təqsirsizlik prezumpsiyası hüququmun pozulmasıdır”.

Amma apellyasiya məhkəməsi də şikayəti təmin etməyib. X.İsmayıl ölkədən çıxışı məsələsini növbəti dəfə Ali Məhkəməyə çıxarmaq niyyətindədir.

X.İsmayıl 2014-cü ilin dekabrında həbs olunub, ona 7 il 6 ay həbs cəzası verilib. 2016-cı ilin mayında ona 3 il 6 aylıq şərti cəza təyin edilib və həbsdən buraxılıb. Şərti cəza ilə əlaqədar 5 il də sınaq müddəti müəyyənləşdirilib. Bu müddətdə onun ölkədən çıxışına qadağa qoyulub.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL