Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq davası davam edir

Tarix:2-02-2018, 13:38 Baxış Sayı:140

Ziya Məmmədovun qardaşı oğlunun 200 min dollarlıq davası davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov suallara cavab verib.

O bildirib ki, ona dəymiş ziyandan 144 min dollar qaytarılıb: “Digər pulları da qaytarmağa cəhd edir, amma ölkədən çıxmaq şərti ilə. Rövşən ölkədən çıxandan sonra pulları ödəyəcəyini deyir”.

E.Məmmədov şikayətçi olduğunu və 68 min dollar dəyərində mülki iddiasının təmin edilməsini istəyib.

R.Heybətov qeyd edib ki, bizneslə əlaqədar olaraq E.Məmmədovdan 200 min dollar götürüb Türkiyəyə gedib: “Elton Məmmədovdan da xeyir-dua aldım. Ona həmin pula cavabdeh olduğumu dedim. Hazırda araşdırmışam, Türkiyədə məni vurub, pulları götürüblər. Əgər dələduzluq etsəydim heç geri qayıtmazdım. 20 min dollar bir, 25 min dollar da bir vermişəm. Pulu yavaş-yavaş qaytaracam”.

Təqsirləndirilən şəxs ona vaxt verilməsini istəyib: “Elton müəllimə də demişəm. Moskvaya gedim, 1 həftəyə qalıb pulu da gətirim. Hətta onların vəkili ilə gedə bilərəm. Amma Elnur buna razı deyil. Bildirir ki, guya mən qaçaram. Yenə deyirəm, bilirəm ki, həmin pulu Türkiyədə məndən götürdülər. Hadisə ilə bağlı jandarma məndən ifadə aldı. Pulların yoxa çıxması barədə onlara bildirdim, lakin dedilər ki, pulu maşında axtarın”.

R.Heybətov ifadəsində vurğulayıb ki, 200 min dollara Türkiyədən tütün almaq istəyib: “Mən deməmişəm ki, pulu Türkiyədə otelin seyfinə qoyacam. Elnur mənə icazə vermədi ki, şikayətçi olum. Dedi ki, “atam Türkiyədə oranın millət vəkilləri ilə danışacaq”. Mən də ona görə şikayətçi olmadım”.

O qeyd edib ki, E.Məmmədov ona 200 min dollardan əlavə 10 min dollar da beh pulu verib. R.Heybətov bildirib ki, Türkiyəyə gedən 200 min dollar ölkədən qeyri-qanuni yolla çıxıb: “Mənə pulu orada verdilər”.

Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, E.Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL