Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Hökumətdən Qara Qarayevə biabırçı sayğısızlıq

Tarix:5-02-2018, 08:33 Baxış Sayı:126

Hökumətdən Qara Qarayevə biabırçı sayğısızlıq

Bəstəkarın oğlu Fərəc Qarayev xüsusi bəyanatla çıxış edərək atasının adına olan festivala pul ayrılmamasını elan etdi:

Hörmətli musiqisevərlər, əziz dostlar, həmkarlar!

2018-ci il 12-14 aprel tarixlərindəkeçirilməsi planlaşdırılan növbəti, Qara Qarayev adına VII Müasir Musiqi Festivalı keçirilməyəcək, çünki bəstəkarın 100 illik yubileyi ilində tədbirin baş tutması üçün ölkədə tələb olunan vəsait tapılmamışdır.

Xatırladardım ki, Qarayev adına Festival keçirilməsi ənənəsi hələ sovet dövrlərinətəsadüf edir. İlk iki festivalı biz 1986 və 1988-ci illərdə, durğunluq adlandırılan dövrdə, dövlət məmurları və bürokratların şiddətli müqavimətini dəf edərək keçirmişdik. Ölkəfəlakət qarşısında durduğu bir anda, keşməkeşli 1990-cı ildə olunmaz çətinliklərə sipər olaraq, III festivalı da keçirməyə nail olmuşuq.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə festival 2011-ci ildə bərpa olundu. IV, V və VI festivallar artıq müstəqil Azərbaycanda keçirldi. Qürur duyulası haldır ki, festivalı Avropa müstəvisinə çıxara bildik!

Bu illəərzində XX əsr klassikləri A.Schoenberg, A. Webern, A.Berg, I.Stravinski, J.Cage, F.Cerha, E.Křenek, P.Hindemith, D.Şostakoviç; XX əsrin ikinci yarısının görkəmli nümayəndələri olan K.Stockhausen, B.Nilsson, P.Boulez, O. Messiaen, I.Xenakis, L.Berio, B.Maderna, M.Kagel, G.Ligeti, W.Lutoslawski, B.Ferneyhough, G.Grisey, T. Takemitsu, S.Sciarrino, K.Saariaho və bir çox başqalarının əsərlərinin Bakıda ilk ifaları baş tutmuşdur. A.Volkonski, E.Denisov, N.Karetnikov, S.Gubaydulina, V.Tarnopolski, A.Raskatov, V.Yekimovski, A.Vustin kimi Rusiyanın müasir görkəmli bəstəkarların, ukraynalı görkəmli bəstəkar V.Silvestrovun əsərləri dədəfələrlə festivalda səsləndirilmişdir.

Azərbaycanda yeni musiqinin cığırlarını açan bir bəstəkar – Qara Qarayevin hər festivalda, rəmzi olaraq, yalnız bir əsəri ifa edilirdi, paralel olaraq yeni musiqi sferasına aid olan Azərbaycan bəstəkarlarının  əsərləri ifa olunurdu – bunların sırasında A.Məlikov, X.Mirzəzadə, İ.Hacıbəyov və başqalarının adı çəkilə bilər.

Bu illəərzində Bakıya Avropa miqyasında məşhur olan musiqi kollektivləri təşrif buyururdu – ASKO/Schönberq Ansamblı (Hollandiya), Reconsil Wien (Avstriya), Freiburg Percussion Ensemble və Ensemble Ascolta (Almaniya), AVA dance Company (İspaniya/Almaniya), M.Pekarski Zərb alətləri Ansamblı, Studiya Novoy Musiki vəQuesta Musica (Rusiya). Azərbaycanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Qara Qarayev adına Dövlət Kamera Orkestri, Con tempo Ansamblı, dirijor Rauf Abdullayev, solistlər F.Məmmədova (soprano), R.Rzaeva, F.Əli-zadə vəG.Ənnağıyeva (piano), E.İsgəndərov (violonçel), R.Məmmədov (gitara) və bir çox başqaları təmsil edirdi.

Xarici ifaçılar arasında dirijorlar B.Wulff və T.Engel (Almaniya),    İ.Dronov vəF.Çijevski (Rusiya), V.Runçak (Ukrayna), pianoçular   A.Lübimov, İ.Sokolov (Rusiya), N.Jvania (Gürcüstan), K.Nishii (Avstriya/Yaponiya), orqan ifaçısı M. Vısotskaya (Rusiya), soprano K.Amano (Avstriya/Yaponiya), violin ifaçıları L.İsakadze (Gürcüstan), H.H.Schneeberger və P.Kopatchinsaja (İsveçrə), S.Malışev (Rusiya), violonçel ifaçıları A.İvaşkin (Rusiya/Böyük Britaniya) və H.Woudenberg (Almaniya), gitara ifaçisi Ch.Jäggin (İsveçrə) çıxış etmişdilər.

Bunlarla yanaşı festival çərçivəsində elmi-metodik konfransların aparıcısı musiqişünas R.Fərhadov – onun səyləri ilə rəsmi-elmi tədbir müstəsna maraqlı bir akta çevrilirdi, əvəzolunmaz məsləhətləri ilə bizə böyük yardım etmiş, ensiklopedik biliklərə sahib musiqişünas C.Səlimxanov və festivalda ifa edilən müəlliflərdən biri, habelə çox gözəl festival bukletlərinin tərtibatçısı olan bəstəkar E.Mirzəyevi də xatırlamaq istərdim. Sonuncu üç festivalın direktoru A.Mikayılov və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Ş.Səmədovun səyləri nəticəsində, Bakının müxtəlif səəhnələrində keçirilən festivalın təşkili işi qüsursuz idi.

Əfsuslar ki, hazırda bunlar hamısı xatirələrə qovuşdu. Bununla festivalın həyatı bitdi, və bu gün məşhur fransız ifadəsini – “Le Roi est mort,vive le Roi!” (Kral öldü, yaşasın kral!) çevirərək “Le festival est mort, vive le festival” (Festival öldü, yaşasın festival) demək mümkün olmayacaq.

Buna görə də: “Əlvida, festival!”

Əlavə edərdim ki: “Feci quod potui, faciant meliora potentes.” (Latın ifadəsi:”Mən əlimdən gələni etdim, bundan sonra kim daha yaxşı bacararsa, qoy o etsin”)

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL