Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Vəkilləri Fərman Ceyranlıya bəraət tələb edib

Tarix:7-02-2018, 15:31 Baxış Sayı:166

Vəkilləri Fərman Ceyranlıya bəraət tələb edib

“Fərman Ceyranlı cinayət işində qeyd olunan halların heç birinə görə, məsuliyyət daşımır. Onun barəsində bəraət hökmü çıxarılmalıdır”.

Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkili Ghela Nikolashvili bu gün, fevralın 6-da Tbilisi şəhər Məhkəməsində keçirilən prosesdəki çıxışında belə deyib.

Proseslə bağlı Turan-a F.Ceyranlının qızı Lalə Hüsynli və Tbilisidə yaşayan azərbaycanlı siyasi fəal Daşqın Ağalarlı məlumat verib.

Onların bildirdiyinə görə, bügünkü prosesdə vəkillərin çıxışı dinlənilib. Onlar dövlət ittihamçısının bundan əvvəlki məhkəmə iclasında səsləndirdiyi ittihamlara münasibət bildiriblər.

Vəkillər F.Ceynralıya qarşı Gürcüstanın Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri ilə (dələduzluq və insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) irəli sürülmüş ittihamları tamamilə rədd ediblər.

Vəkillər cərrhın həbsinin əsas motivinin siyasi olduğunu ifadə ediblər. Onlar məhkəmədə deyiblər ki, azərbaycanlı cərrahla bağlı indiyədək çıxarılmış qərarların hamısı biabırçı, qanunsuz olub.

“Fərman Ceyranlı klinikanın təsisçisidir. Ancaq bu sənədlərdə onu direktor kimi göstəriblər. “Lancet” klinikasının direktoru tamamilə başqasıdır. Təsisçi bu işin materiallarında göstərilən halların heç birinə görə, məsuliyyət daşımır, xəstənin müalicə həkimi olmayıb, onu əməliyyat etməyib. Onun heç xəstələri konsultasiya etmək hüququ da olmayıb”, D.Ağalarlının bildirdiyinə görə, vəkillər məhkəmədə belə deyib.

D.Ağalarlı deyir ki, vəkillər məhkəmə çıxışlarında həmçinin prokuroru cinayət işinə milli ayrı seçkilik salmaq məzmununda yanaşmaqda ittiham ediblər. Prokurorun bu ittihamları təkzib edə bilmədiyi bildirilir.

Vəkillərin çıxışlarından sonra proses təxirə salınıb. Fevralın 8-də F.Ceyranlı son söz deyəcək. Həmin gün cərraha hökm oxunacağı da gözlənilir.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək “Lanset” klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki “Lancet”də müayinə və müalicəsinə şərait yaratmasıdır.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL