Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Bu ilin iyul ayının 5-dən sentyabrın 13-nə qədər Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçiriləcək. Çarter reyslərini Bakıdan birbaşa Tivat şəhərinə “AZAL” yerinəyetirəcək. Səyahətlərin təşkilatçısı “PASHA Holidays”dir (“PASHA Travel”in struktur bölməsi).
İndidən səyahətlərin reklamına başlayan “PASHA Holidays” arzulayanlara Monteneqroda Becici sahilində yerləşən 3 ulduzlu “İrena” otelində 7 günlük istirahət təklif edir.
Bu səyahətlərin reklamı artıq Monteneqroda böyük sərmayə hesabına qurulan biznes layihələrinin kimə məxsus olduğunu bir daha təsdiqləyir. Bu layihələrin təfərrüatları ilə bağlı araşdırmalar bir az əvvəl mətbuatda gedib. Araşdırmalardan məlum olduğuna görə, bu ölkədə ümumi dəyəri 650 milyon avro olan “Portonovi” biznes layihəsi həyata keçirilir. Həmin layihəyə Tivat şəhərində tikilən böyük bir turizm kompleksi dədaxildir ki, onun inşasının 2018-ci ildə başa çatdırılacağı qeyd olunurdu. Bunu ötən ilin avqust ayında “Azmont İnvestments” MMC-nin DŞ üzvü Rəşad Əliyev özü bəyan etmişdi. İndi səyahət reklamı gedən məkan da R. Əliyevin qeyd etdiyi həmin istirahət kompleksidir.
Xatırladaq ki, Monteneqroda “Portonovi” dəbdəbəli otel və lüks villalar kompleksini inşa edən “Azmont İnvestments” şirkətinin əsasını 2012-ci ildə SOCAR – Azərbaycanın dövlət neft şirkəti qoyub. Sonradan şirkətdəki payları “Azerbaijan Global İnvestments” (AGİ) MMC alıb. Bu şirkətin qurucuları isə “Paşa Holdinq” (hazırda onu layihədə “Paşa Development” MMC təmsil edir), “Ataholding” və“Synergy Group”dur. Keçən il “Ataholding” şirkətin payçıları arasından gedəndən sonra AGİ-də iki ortaq qalıb. Amma yeni ortağın “Ata Holdinq”lə əlaqəsi var.
“Azmont İnvestments” MMC həm də Monteneqrodakı “Portonovi Hospitality Management”, “Rare Developments”, “Portonovi Resort Management Company” və“Nova Bank” şirkətlərinin sahibidir.
Azərbaycan neftindən gələn pulların kimlərin cibinə axdığını və nələrə xərcləndiyini ortaya qoyan daha bir fakt səyahətləri təşkil edən şirkətin adından ortaya çıxır. Necədeyərlər, sərmayə də, şirkət də, obyekt də, turist də özlərinindir…