Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Bayıl sürüşmələrinin 100 illik acı tarixindən dərs almayanlar

Tarix:12-02-2018, 16:11 Baxış Sayı:148

Bayıl sürüşmələrinin 100 illik acı tarixindən dərs almayanlar

Bayıldakı sürüşmə zonasında vəziyyət acınacaqlı durum alıb. Dünəərazidəki evlərin necə uçulduğunu  nümayiş etdirən videoları gördünüz yəqin. Artıq Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin rəsmiləri əraziyə yaxın getməyin belə təhlükəli olduğunu bildirir. İndi bu ərazidəki sürüşmə hadisəsinin qısaca tarixçəsinə nəzər salaq və sonra əlaqədar orqanlara bir sualımız olacaq. 

“Bayıl sürüşmələrinin tutduğu əraziləəsasən Funikulyordan Neftçilər prospekti, Xəzər dənizi istiqamətinədək, şimalda Dağüstü Parka tərəf, şimal–qərbdə Bayıl dairəsinin “ağzınadək” olan əraziləri əhatə edərək, aktiv sürüşmə vaxtı olmuş sürüşmələr öz areallarını genişləndirir.

Burada 1903, 1914, 1927, 1929, 1930, 1943, 1946, 1952, 1953, 1968, 1969, 1970, 1974, 1978, 1991, 2000–ci illərdə olmuş sürüşmələr nəticəsində Uşaq xəstəxanası, Ayaqqabı fabriki, şəhər zooparkı, Saraykin, Park küçələrində çoxsaylı yaşayış binaları, Paris Komunası, Gəmi Təmiri zavodlarının müxtəlif tikililəri, yanacaqdoldurma stansiyası, Texniki peşə məktəbi, avtomobil yolu, müxtəlif kommunikasiya qurğuları və s. obyektlər dağılaraq öz fəaliyyətlərini dayandırmağa məcbur olublar. Göstəriləərazidə son 100 ildə ən dağıdıcı sürüşmə 6–7 mart 2000–ci ildə olub və bunun nəticəsində 200 fərdi ev zədələnmiş, 43 ev isə dağılaraq istifadə üçün tam yararsız hala düşmüşdür. Mütəxəssislərin ola biləcək sürüşmələr haqda vaxtında etdikləri xəbərdarlıq çoxsaylı insan ölümünün qarşısını almışdır.

2000–ci il Bayıl sürüşmələrinin qarşısının alınması üçün Rusiyadan 3 nəfər sürüşmələr üzrə mütəxəssis Azərbaycana dəvət olunub. Onlar Bayıl sürüşmələri haqda Azərbaycan mütəxəssislərinin göstərilən sahəyə dair məlum materiallardan istifadəedərək Bayıl sürüşmələrinin qarşısının alınması üçün təklif və tövsiyələr verir vəonlara gördükləri işin müqabilində kifayət qədər böyük qonorar verilib. Ancaq rus mütəxəssislərin göstərilən sahədə gördükləri işlər səmərə vermədi.

Dekabr ayında 20–ci yaşayış sahəsindən Badamdara gedən avtomobil yolunun sol yamacında sürüşmələrin baş verməsinə səbəəsasən bu ərazidə məskunlaşan insanların biganəliyi, məsuliyyətsizliyidir.

Bu sürüşmənin baş verdiyi ərazidə dövləəhəmiyyətli təsərrüfat obyektləri, çoxsaylı yaşayış binalarının olmamasına baxmayaraq dünyanın iki ölkəsindən, o cümlədən Yaponiyadan göstərilən sürüşmənin qarşısını almaq üçün yerli mütəxəssislərə praktik köməklik göstərmək üçün dəvət olunublar. Arzu edərdik ki, onlar 2000–ci ildə Bayıl sürüşmələrinin qarşısının alınması üçün dəvət olunan rus mütəxəssisləri kimi olmasınlar.”  Bu tarixçə BDU–nun professoru N. Babaxanovun 2013-cü ildə yazdığı yazıdan götürülüb. Sual da elə burada yaranır. Bu ərazinin belə fəlakətli bir zona olduğunu bilə-bilə orada yeni evlərin tikintisinə kimlər və hansı haqla icazə verib? Bəzi sakinlər bildirir ki, onlar 22 ildən artıqdır burada sənədsiz evlərdə yaşayırlar, tikintiyə icazəni isə icra orqanları verib. Səbail bələdiyyəsinin sədr müavini Qurban Abbasov isə bildirib ki, “o ərazilər sürüşmə zonası olduğu üçün heç kimə sənəd verilmir”.  Hazırda ərazidən 390 nəfərdən ibarət 80 ailənin köçürüldüyü, 90 evin qəzalı vəziyyətdə olduğu deyilir.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da etiraf edir ki, sürüşməni fəallaşdıran səbəblərdən biri də fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsidir. Mütəxəssis N.Babaxanovun qeyd etdiyi 16 sürüşmə hadisəsinə 2010-cu ildəki və indiki fəlakətli sürüşməni dəəlavə etsək, ortaya acı bir təcrübə çıxır. Amma görünür ki, 100 ildən artıq bir tarixi əhatə edən bu acı təcrübə tamahı vicdanına güc gələn səlahiyyət sahiblərinə dərs olmur. Dərs olsaydı, bəlkə, indiki fəlakətin qarşısı da müəyyən qədər önlənmiş olardı…

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL