Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
İlahiyyatçıya yeni hökm oxundu
Bu gün Qaradağ Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə haqqında yeni hökm çıxarılıb. Hökmə əsasən, ilahiyyatçının cəzası artırılıb.
Hakim Rufan Mürsəlov T.Bağırzadəni CM-nin 317-2.1 (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilərək, ona bu maddə ilə 5 ay həbs cəzası təyin edib. Amma Nardaran hadisələrinə görə ilahiyyatçıya verilmiş 20 illik cəzadan bu günə qədər qalan 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. T.Bağırzadə üzərində qəti olaraq, 18 il həbs cəzası saxlanılıb.
Qeyd edək ki, Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkarlandığı iddia olunur.
Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. T,Bağırzadəyə qarşı ittihamın məhkəmədə sübuta yetirildiyini deyən prokuror ona CM-nin 317-ci maddəsi ilə 6 ay cəza təyin edilməsini, bunun da qalan cəza ilə birləşdirilərək, üzərində qəti olaraq, 18 il 3 ay saxlanmasını istəyib.
Prokurordan sonra ilahiyyatçının vəkili Fariz Namazlı çıxış edib, özü də son sözünü deyib.
Haqqındakı yeni cinayət işinin də sifarişlə başlandığını deyən T.Bağırzadə bu cür addımların onu mübarizədən çəkindirməyəcəyini bildirib. Hakim ona xəbərdarlıq edib ki, ancaq ittihamdan danışsın. İlahiyyatçının cavabı isə belə olub: “Mən son söz yox, xalq sözü deyirəm. Son söz Allaha məxsusdur. Məni hökumət mahiyyəti üzrə tutmayıb ki, mahiyyəti üzrə çıxış edim. Mən illərimi xalqın azadlığı uğrunda qurban vermişəm, xalqın azadlığını qəlbimdə daşıyan adamam. Xalqın azadlığı uğrunda rejim tərəfindən işgəncələrə, təzyiqlərə, qanunsuz həbslərə məruz qalmışam”.
T.Bağırzadə çıxışında qarşıdan gələn prezident seçkisinə də münasibət bildirib: “İstəyirlər seçkiləri qabağa çəksinlər, prezidentlik müddətini 7 il yox, 70 il etsinlər, bu rejim, hakimiyyət inqilabçı gəncliyin ayaqları altında məhv olub tarixə gömüləcək”.
Vəkil Fariz Namazlı da müdafiə çıxışında ittihamla razılaşmayıb və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. Bildirib ki, belə kartlar məhkumlara saxlanması qadağan olunan əşyalar siyahısında göstərilməyib. Başqa məhkumlar da bu cür mini kartlardan istifadə etdiyi halda, yalnız T,Bağırzadəyə buna görə cinayət işi başlanması isə qərəzdən xəbər verir.
Vəkil hökmdən apellyasiya şikayəti verəcək.