Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Mikayıl Cabbarov milyardların yox, manatların dalınca qaçacaq

Tarix:13-02-2018, 17:33 Baxış Sayı:142

Mikayıl Cabbarov milyardların yox, manatların dalınca qaçacaq

Yaxud satıcıdan çek tələb edib, ölkəni satışa çıxaranlara göz yummaq

Bu artıq faktdır ki, Azərbaycanda vəzifəli şəxslərin yerini dəyişəndə nəticə dəyişmir. Əslində burda təəccüblü heç nə yoxdur. Çünki, sistemin mahiyyəti, hökumətin dövlətə və xalqa baxışı dəyişmədiyinə görə, şəxslərin dəyişməsi önəm daşımır. Bugün Azərbaycanda vəzifə tutan müəyyən şəxslər var ki, öz sahələrini yüksək səviyyədə bilirlər. Amma rejimin tələbi fərqli olduğuna görə bu adamalr təmsil olunduqları sahəni bərbad vəziyyətə salıblar.

Son olaraq Vergilər Naziri Fazil Məmmədov vəzifəsindən azad edildi və həmin posta Təhsil Naziri Mikayıl Cabbarov təyin edildi. Cəmiyyətin reaksiyasından da aydın oldu ki, hər kəs bu əvəzetməyə qeyri-ciddi, ironik yanaşır. Mikayıl Cabbarov təhsil sahəsini bir addım irəli apara bilmədisə, vergi sahəsini iki addım irəli apara bilməz. Amma Cabbarov yeni posta təyin olunduqdan sonra geniş təbliğat başalyıb və vergi sahəsində irəliləyişlərin olacağı vəd edilir.

Məsələn, bugün “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfrans keçirilib və yeni nazir vergi sahəsindəki boşluqlardan, bununla mübarizədən söhbət açıb: “Bir sıra yerli və xarici şirkətlər qanunvericilikdəki boşluqlardan istifadə edərək vergilərdən yayınırlar.Xərclədiyimiz hər bir manat leqal iqtisadiyyatda dövriyyə etməlidir: Məhz buna görə kassa çekinin tələb edilməsi ayıb sayılmamalıdır. Mən gözəl anlayıram ki, bu, artıq formalaşmış vərdişlərin dəyişməsilə bağlıdır. Yəqin ki, evinizin altında yerləşən dükanın satıcısı sizin qonşunuzdur. Ondan alınan çörəyə görə kassa çeki tələb etmək qonşuluq münasibətlərinə xələl gətirə bilər. Lakin Siz yadınıza salmalısınız ki vergilər bizi və torpaqlarımızı müdafiə edən ordunun saxlanmasına, uşaqlarımıza təhsil verən müəllimlərin əməkhaqlarına, küçələrin işıqlandırılmasına, məktəblərin təmirinə  və s. xərclənir. Ona görə, bizim bir yolumuz var, biz bu yolu birlikdə keçməliyik – çek istəməyi ayıb saymamalıyıq”- deyə Mikayıl Cabbarov bildirib.

Əvvəla bu ölkənin vətəndaşları yaxşı bilir ki, vergidən ən çox yayınanlar iri məmurlardı. Məmurların milyarderə çevrilməsi, saysız-hesabsız şirkətlərə, marketlərə, şadlıq saraylarına sahib olması ölkədəki şəffaflığın hansı vəziyyətdə olduğunu aydın göstərir. Rəsmən etiraf edildi ki, ölkəyə gətirilən hər 10 manatlıq məhsulun 7 manatı vergidən yayınır. Təbii ki, bu ölkədə sadə vətəndaş ölkəyə gətirdiyi məhsulu vergidən yayındıra bilməz. Bunu yalnız monopolist məmurlar edə bilər.

İkincisi, sadə vətəndaş bilir ki, çek tələb etməklə dövlətə xidmət etmiş olmayacaq. Vətəndaş bu pulların doğurdan da zəruri xərclərə sərf olunduğunu bilsə, ölkədə hesabatlılıq olduğuna inansa mütləq çek tələb edər.

Üçüncüsü, cəmiyyətdə vergi sisteminin özünə qarşı aqressiv bir münasibət var. “Vergi” deyəndə insanlar soyğunçuluğu, qazanclarının əllərindən alınacağını düşünürlər. Məsələ bundadır ki, dükan işlədən şəxs təkcə vergi ödəməklə canını qurtara bilmir. Mənşəyi bəlli olmayan idarələr. qurumlar “hesab” almağa gəlir. Hərə qoltuğuna bir qovluq vurub, ova çıxır. Məhz belə soyğunçuluq prosesinə görə vətəndaş vergidən yayınmağın, real gəliri gizlətməyin yollarnı axtarır. Yəni, hökumət vətəndaşı elə vəziyyətə salır ki, vətəndaşın şəffaf işləmək şansı olmur.

Deməli, ilk növbədə insanlarda inam yaratmaq, imitasiyadan imtina etmək, vergi sistemini şəffaflaşdırmaq lazımdı. Amma yuxarıda da qeyd etdiyimiz kimi şəffaflıq mövcud hakimiyətin təfəkküründə ziddir.

Mikayıl Cabbarov heç vaxt milyardları ölkədən çıxaranların, ölkəyə milyardlıq məhsul gətirənlərin izinə düşməyəcək. Korrupsiya ilə mübarizə hansısa lobarantın 10 manat rüşvət almasıyla məhdudlaşdırıldığı kimi, vergidəki boşluqları da 5-10 manatın dalınca düşməklə məhdudlaşdırılacaq.

Bir sözlə, satıcıdan çek tələb edib, ölkəni satışa çıxaranlara “yaşıl işıq” yandırmaqla vergi sistemindəki boşluğu doldurmaq olmaz. Mikayıl Cabbarov bunun əksini sübut etmək istəyirsə, nazirlərə bağlı obyektlərin vergi ödəmələrini araşdırmağa başlasın.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL