Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Veteranlar məhkəmə çəkişməsində; “Özlərinə yaxşı biznes qurublar”

Tarix:14-02-2018, 16:39 Baxış Sayı:128

Veteranlar məhkəmə çəkişməsində; “Özlərinə yaxşı biznes qurublar”

Azərbaycan-Əfqanıstan Veteranlar Birliyinin sədri Məhəmməd Vəliyev dələduzluq, rüşvət alma, sənədləri saxtalaşdırma kimi əməllərdə suçlanaraq məhkəmə qarşısına çıxarılıb. 57 yaşlı M.Vəliyev onunla eyni yaşda olan müavini Cavan Əhmədovla birlikdə mühakimə olunur.

Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Fevralın 14-də hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, işin məhkəmə baxışına verilib-verilməməsi məsələsi müzakirə olunub. Təqsirləndirilən şəxslər məhkəmə istintaqının başlanmasına etiraz etməyiblər.

Bu cinayət işində zərərçəkənlər təşkilatın üzvü olan veteranlardır. Təşkilatın sədri və müavini də onların şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Azərbaycan-Əfqanıstan Veteranlar Birliyi 8 mindən çox üzvü olan ictimai birlikdir. Veteranlar Prezident Administrasiyasına şikayət məktubu göndərərək, təşkilat daxilində korrupsiya hallarına yol verildiyini, onların haqlarının mənimsənildiyini yazıblar. Həmin məktub araşdırılması üçün Baş Prokurorluğa göndərilib və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Veteranlar iddia edir ki, 2005-ci ilin martında prezidentin göstərişi əsasında fərdi ev tikintisi üçün ayrılmış 10.35 hektar torpaq sahəsinin onların istifadəsinə verilməsinə əngəllər yaradılıb. Onlar buna görə M.Vəliyevi günahlandırırlar: «Birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməyimizə mane olur. Maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunurdu. Biz başa düşə bilmirik, heç Əfqanıstan müharibəsinin veteranı olmayan bir insan necə birliyin sədri ola bilər? Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini tək veteranlara yox, digər şəxslərə də 3 min 500-8 min manata satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər…».

Zərərçəkmişlərin iddiasına görə, 11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib, nə qədər yardım ayrıldığı məlum deyil.

M.Vəliyev və müavini özlərini təqsirli bilmirlər və ittihamların şər-böhtan olduğunu deyirlər.

İş materiallarında yazılanlarla razılaşmayan təqsirləndirilən şəxslər məhkəmə baxışında bu haqda ətraflı danışacaqlarını bildiriblər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL