Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Zaman-zaman qalmaqallı fikirlərlə gündəmi qarışdıran deputat Araz Əlizadə bu dəfə mərhum prezident Əbülfəz Elçibəy haqqında mübahisəli ifadələr işlədib. Belə ki, A.Əlizadə Elçibəyin kürd olduğunu iddia edib. Və bunu ona Əkrəm Əylislinin dediyini bildirib.
Mərhum prezidentin kürəkəni Aqil Səmədbəylidən A.Əlizadənin bu fikrinə münasibət öyrəndik.. A.Səmədbəyli isə Əlizadəyə cavab vermək istəmədiyini bildirib:
“Bu canlıya cavab vermək ona çox olar. Onu artıq bütün cəmiyyət tanıyır və verilən qiymət bəllidir: İt hürər, karvan keçər!”
Qeyd edək ki, mərhum prezident haqqında müxtəlif xoşagəlməz fikirlər işlədən A.Əlizadə Elçibəyi həm də Şeyx Nəsrullah adlandırıb: “Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. O, xalqa bilirsiniz nə deyəcək? Ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Elçibəyin xalqa deməyə başqa sözü yox idi... 1991-92-ci illərdə, xalqın xam, siyasi cəhalətin tüğyan elədiyi bir vaxtda Elçibəyin ağzından çıxan sözlərə xalq sevinirdi, insanlar bir-biri ilə qucaqlaşırdı, kövrəlirdi. Amma indi camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və görürlər ki, bu sözlər boş-boş şeylərdi, tam xəyaldır və nağıldır. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah camaata deyirdi ki, ölünü dirildə bilirəm. Elçibəy də ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi. 90-cı illərin əvvəllərinin cahil camaatı isə onun dediklərinə inanırdı. Ətrafındakı adamlar da bu siyasi Şeyx Nəsrullahdan istifadə edib, xalqın aldadılmasına xidmət edirdilər. Yalan ayaq tutar, yeriməz! Ona görə də cəmi bir ildən sonra Elçibəyin qurduğu hakimiyyət çökdü. Mən həmişə o fikirdə olmuşam ki, Elçibəyin liderliyi Azərbaycanın demokratik hərəkatına böyük bəlalar gətirəcək. Dediyim kimi də oldu”.