Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Troll hökumətin trolları

Tarix:19-02-2018, 12:37 Baxış Sayı:140

Troll hökumətin trolları

Yaxud, öz adını özgəsinə qoyanlar

Mübaliğəsiz demək olar ki, bugün sosial şəbəkələr bütün informasiya vasitələrini arxada qoyub və sürətlə irəliləyir. Azərbaycanda 2 milyondan artıq insan feysbuk, instaqram, tvitter və digər sosial platformalardan istifadə edir. Bugün ictimai rəy məhz sosial şəbəkələrdə formalaşır.  Avtoritar rejimlərdə isə sosial şəbəkələr hökumətin qara kabusuna çevrilir. Çünki, hökumətin bütün saxta əməlləri ifşa olunur, cəmiyyətə çatdırılır. Azərbaycan kimi azad mətbuatın olmadığı, qəzetlərin, telekanalların, radionun bir əldə cəmləşdiyi ölkələrdə sosial şəbəkələr nəfəslik rolunu oynayır.  Faktiki olaraq sosial şəbəkələr hökumətin cəmiyyətdə zərrə qədər də nüfuzunun olmadığını təsdiqləməklə məşğuldu.  Hökumət isə bu prosesi durdurmaq üçün feysbuk səhifələrini ələ keçirtməyə, saxta profillər yaratmağa, troll komandası düzəltməyə girişib.  Yazımızın əsas hədəfi də məhz bu trollardı. Son zamanlar ən çox istifadə edilən sözlərdən biri də “troll” sözüdür.

Əvvəla qeyd edək ki, “Troll” əslində balıqçılıqla bağlı termindir, ingilis dilində balıq tutmaq üçün istifadə olunan tilov, tilovun ucuna taxılan yem mənasını verir.  Skandinaviya mifologiyasında isə dağlarda, meşələrdə və yeraltı mağaralarda yaşayan, ətlə bəslənən, nəhəng, qorxunc varlıqlardır.

“Troll” sözünün internetdəki mənası isə tamam başqadır. Sosial şəbəkələrdə məskən salmış, statusların altında sifarişli şərhlər yazan, saxta hesablarla təxribatçı fikirlər formalaşdıran, ictimai rəyi çaşdırmağa çalışan adamlardı.  Artıq belə vəziyyət yaranıb ki, aktiv feysbuk istifadəçiləri əksər trolları profil adından tanıyırlar.  Belə hesablar adətən başqa adlarla açılır, belə profillərdə statuslar yazılmır. Yəni, sırf hansısa səhifəni hədəf götürmək, kiməsə çamur atmaq məqsədiylə istifadə olunan hesablardı. Azərbyacanda ictimai rəyə təsiri olan bütün müxalif səhifələrdə trollar aktivdilər.

Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, bu trollar özləri də kim olduqlarını dəqiq bilmirlər. Yəni, onlar da başqalarını troll adlandırırlar. Elə bilirlər ki, sosial şəbəkədə aktiv olan hər kəsə troll deyilir. Hansıki, öz adıyla feysbuk hesabı açmış, kimliyi bəlli olan, hansı təşkilatı təmsil edildiyi bilinən, profilində müxtəlif mövzularla bağlı statuslar paylaşan adamları troll adlandırmaq olmaz. Bir profilin arxasında insan dayanıb, amma o biri profillərin arxasında kimin olduğu bəlli deyil. Bir şəxs 50 profildən şərh yazır və hər profilin də əcaib adları var. Aydın görünür ki, bu profillərin arxasında real insan dayanmayıb.  Səbiş, Mətiş, Çəpiş, M, C, B, MDB, NRF, CBS,  Sabir 1, Cabir2, Tahir4 kimi profillər minlərlədi. Görünən budur ki, trolluqla məşğul olan adamlar onlara sifariş verən dairələrə dəqiq hesabat vermək üçün nömrələnmiş adlardan istifadə edirlər.

Bir sözlə, həqiqəti yazan, yazdığının arxasında dayanan, cəmiyyətdə tanınan adamlara troll demək absurddur. Trollar hökumətin feysbuka səpdiyi və kimliyi məlum olmayan, eyni mərkəzdən gələn şərhləri dayanmadan paylaşan, əqidəsiz, prinsipsiz, 200-300 manata özünü satışa çıxaranlardı.  Əgər “troll” sözünü milliləşdirsək, “qul”, “yaltaq”, “şəxsiyyətsiz”, “böhtançı” sözləriylə əvəzləmək olar.  Əslində, bu qədər insanı trolluğa cəlb etmək, hökumətin vətəndaşa verdiyi qiymətdi. İnsanları şantajla trola çevirirlər. Kimisinə imtahanda qiymət, kimisinə iş yeri, kimisinə qəpik-quruş vəd edib, şərəfsiz işə dəvət edirlər.

Dərin düşünəndə bu hökumətin özü də troldu. Çünki, reallıqda bizi tənəzzül komandası idarə edir, amma özlərini  inkişaf dəstəsi kimi təqdim edirlər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL