Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Astara sakini: “Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb”

Tarix:20-02-2018, 12:34 Baxış Sayı:143

Astara sakini: “Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb”

Astara polisində ölü tapılan Bəhram İmamverdiyevin anası Bonu İmamverdiyeva iddia edir ki, oğlu Astara polis şöbəsində işgəncə ilə öldürülüb.

Daxili İşlər Nazirliyi bu iddianı rədd edir, hər hansı işgəncə faktı olmadığını bildirir.

Baş Prokurorluq istintaq başladığı üçün təfərrüata varmır, – qurumun mətbuat xidmətindən BBC Azərbaycancaya yalnız onu deyiblər ki, özünüöldürmə həddinə çatdırma ilə bağlı cinayət işi açılıb.

“Dedilər ki, oğlunun cibində beş büküm nəşə var”

BBC Azərbaycancaya danışan Bonu İmamverdiyeva deyir ki, oğlu Bəhram İmamverdiyev fevralın 14-də axşam saatlarında polis tərəfindən saxlanıb.

Mərhumun anası bildirir ki, səhəri gün oğlunun polis şöbəsində olduğunu öyrənib ora gedib. Bonu İmanverdiyevanın sözlərinə görə, orda ona oğlunun narkotik vasitəyə görə saxlandığını və sabah gəlib oğlunu aparmasını söyləyiblər:

“Polisdə mənə dedilər ki, oğlunun cibində beş büküm narkotik vasitə tapılıb”,- Bonu İmamverdiyeva bildirir.

O düşünür ki, oğlunun 5 “nəşə bükülüsünü” cibinə qoyub küçəyə çıxması inandırıcı deyil.

Bonu İmamverdiyeva əlavə edir ki, “oğlu üçün aldığı çörəyi və siqareti ona verməyə qoymayıblar, nə də özü ilə görüşməyə icazə veriblər”.

O deyir, polis şöbəsində olanda təcili tibbi yardım maşını dayandığını görüb, amma həkimin oğlu üçün gəldiyini güman etməyib.

“Polisdə dedilər ki, get evə, sabah səhər gəlib uşağını apararsan. Mənə 3 kağız verib qol çəkdirib evə göndərdilər. Latın əlifbasında oxuya bilmədiyimdən, bilmirəm, nə kağızlar idi”- Bonu İmamverdiyeva əlavə edir.

Bonu İmamverdiyeva oğlunun bundan əvvəl də narkotik vasitədən istifadədə şübhəli bilinib saxlandığını deyir.

“İttihamlar əsasızdır, həqiqiətdən uzaqdır və şantaj xarakteri daşıyır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya bildirilib ki, mərhumun anasının ittihamları “əsasızdır, həqiqiətdən uzaqdır və şantaj xarakteri daşıyır”.

“Bəhram İmamverdiyev polis tərəfindən oğurluqda şübhəli bilinərək saxlanıb və bu zaman onun üzərindən oğurluğu sübut edən maddi sübutlarla yanaşı narkotik vasitə olan heroin və həşiş də tapılıb və müsadirə edilib”- mətbuat xidmətindən bildirilib.

“Məhkəmə tibbi ekspertizası da rəy verib ki, mərhumun meyiti üzərində heç bir xəsarət, qançır, zorakılıq əlamətinə rast gəlinməyib”, DİN Bəhram İmamverdiyevə işgəncə verilməsi iddiasını rədd edir.

Astaranın Şiyəkəran kənd sakini 30 yaşlı Bəhram İmamverdiyev rayonun polis şöbəsinin müvəqqəti saxlama yerində özünü asıb, polis ötən həftənin sonu açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, özünü öldürmək həddinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb, ancaq istintaq başladığından təfərrüata varmayıb.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL