Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Fevralın 20-də Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış olub.
Məhkəmə baxışı martın 2-nə təyin edilib. Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.
“Məhkəmə prosesin qismən məhkəmə istintaqı və əlavə sübutların tələb edilməsiylə keçirilməsi barədə vəsatətimizi təmin etdi. Vəkil Elçin Sadıqovla birgə həm apellyasiya şikayətimizdə, həm də şikayətə əlavəmizdə məhkəmə istintaqının keçirilməsi və əlavə sübutların tələb edilməsi ilə keçirilməsi barədə 14 vəsatət vermişdik. Məhkəmə istintaqının hədlərini də göstərmişdik. Bu gün məhkəmə istintaqının keçirilməsi barədə qərar verilsə də onun hədləri ilə bağlı məsələ qeyri-müəyyən qaldı”, – o qeyd edib.
Jurnalist Ə.Muxtarlı 2017- ci il mayın 29-da oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunub.
Bundan başqa ona CM-in 318.1, 206.1 maddələri – sərhəddi qanunsuz keçmə və qaçaqmalçılıq- ilə ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia ediblər ki, Ə.Muxtarlı sərhəddi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.
Bu ilin yanvarında o, məhkəmənin qəararı ilə 6 il həbs cəzası alıb.
Ə.Muxtarlı ittihamları rədd edərək həbsi “siyasi sifariş” adlandırıb.