Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Jurnalistlə bağlı hökm dəyişmədi VİDEO

Tarix:20-02-2018, 13:52 Baxış Sayı:129

Jurnalistlə bağlı hökm dəyişmədi VİDEO

Bu gün Bakı apellasiya məhkəməsində “Kanal13” İinternet televiziyasının rəhbəri Əziz Orucovun şikayəti üzrə proses yekunlaşıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçən məhkəmədə jurnalist barəsində hökm qüvvədə saxlanılıb.

Qərar elan olunmamışdan öncə jurnalistin vəkili Cavad Cavadov bir sıra məsələlərin aydınlaşdırılmasını istəyib. Vəkil deyir ki, cinayət işinin materiallarında Ədliyyə və Vergilər nazirliklərinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə rəyi var:

«Bu rəy guya Əziz Orucov haqda verilib, amma içində iqtisadçı Zöhrab İsmayılın adıdır. Bu da o deməkdir ki, Zöhrab İsmayılla bağlı rəyin üstündə işləyiblər. Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər».

«Onsuz da heç nə eləməyəcəksiz»

C.Cavadov rəy vermiş ekspertlərin dindirilməsini istəyib.

Vəkilin daha bir vəsatəti isə Ə.Orucovun Almaniyada yaşayan qardaşı Anar Orucovun dindirilməsi haqda olub. Müdafiəçi deyir ki, iş materiallarında «Qafqaz Media Tədqiqatları Mərkəzi» İctimai Birliyinin rəhbəri kimi Ə.Orucov göstərilib və bu təşkilata görə ona ittiham verilib. Ancaq bütün rəsmi sənədlərdə də, faktiki fəaliyyətdə də o təşkilatın rəhbəri Əzizin hazırda Almaniyada yaşayan qardaşı Anar Orucov olub.

C.Cavadov həmçinin, Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Hakim Ə.Orucovdan narazı olduğu məsələlər haqda soruşanda jurnalist belə cavab verib: «Narazı olduğum məsələləri sadalasam belə, onsuz da heç nə eləməyəcəksiz. Vəsatətlərimizin heç biri təmin olunmadı. Eyni şeyləri təkrarlamağımın nə mənası var? Bilirəm ki, hökmü qüvvədə saxlayacaqsız…».

Ardınca prokuror çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

Bundan sonra bir neçə dəqiqəlik müşavirəyə gedib-qayıdan hakimlərin qərarı da apellyasiya şikayətinin təmin olunmaması, hökmün qüvvədə saxlanması olub.

Jurnalistin vəkili Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcək.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL