Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı və özü də Müsəlman Birliyi Hərəkatının üzvü olan Əhsən Nuruzadə həm də Nardaran hadisələri ilə bağlı həbs olunan şəxslərin məhkəmələrinin fəal iştirakçısı idi. Ötən ilin oktyabrında Əhsənin özü də həbs olundu. Ona narkotik ittihamı verilib.
Təxminən bir aydır ki, Əhsən Nuruzadə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Fevralın 27-də keçirilən məhkəmədə prokuror çıxış edərək, Əhsən Nuruzadənin il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Əhsən Nuruzadəni saxlayıb, onun üzərindən 14.775 qram heroin çıxıb. Amma Əhsən Nuruzadə ittihamı rədd edir, həmin narkotikin onun cibinə elə idarədə polislərin özləri tərəfindən atıldığını bildirir.
Əhsən Nuruzadə bundan əvvəl də iki dəfə həbs olunub – 19 yanvar və 24 sentyabrda. Hər ikisində o, evlərinin yaxınlığından mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, zorla maşına mindirilib və günlərlə onun harada saxlanması bilinməyib. Təxminən bir həftədən sonra məlum olub ki, onu aparanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Günlərlə onu bu idarədə təzyiq altında saxlayandan sonra məhkəmə qarşısına çıxarıb, 10 gün inzibati həbsi haqda qərar alınıb. Hər iki qərarda yazılıb ki, Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söyüb, həmin vaxt onu intizama dəvət edən polislərə tabe olmayıb.
Əhsən isə bildirir ki, hər iki həbsi zamanı MCMİ-də ona xəbərdarlıq edilib ki, Taleh Bağırzadənin müdafiəsindən çəkilməsə, Milli Şuranın mitinqlərində iştirakını davam etdirsə, növbəti dəfə daha uzunmüddətli həbsə göndəriləcək.
Əhsən Nuruzadə onu da bildirir ki, sonuncu həbsində MCMİ-də işgəncələrə məruz qalıb.