Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Biləsuvar rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələrindən pul yığılır?

Tarix:27-02-2018, 16:20 Baxış Sayı:174

Biləsuvar rayon Mərkəzi Xəstəxanasında şəkər xəstələrindən pul yığılır?

Redaksiyamıza Biləsuvar rayon Mərkəzi Xəstəxanasından şikayət daxil olub.

Rayon sakini Cəfərov Raqim Malik oğlu ağır şəkər xəstəsi olan atasına çatacaq dərmanları vaxtında və pulsuz ala bilmədiklərini deyir. O, buna görə xəstəxananın baş həkimi Nizami Mehdizadəni ittiham edir:

“Xəstəxananın baş həkimi Nizami Mehdizadə ağır şəkər xəstəsi olan atama dövlət tərəfindən ayrılan dərmanları vermir.  Bu münasibət, təkcə atama qarşı yox, bütün xəstələrə aiddir. Demək olar ki, atamın müalicəsi üçün lazım olan bütün dərmanları özümüz alırıq. Bundan başqa, xəstəxanada aparılan bütün müainələr xəstələrin şəxsi hesabına aparılır. Problemlə bağlı dəfələrlə şikayət etsək də, rəhbərlikdən müraciətimizə cavab ala bilmirik.

Baş həkim, ondan şikayət edən xəstələri yüksək vəzifəli məmurlarla qorxudur. Belə ki, o, Baş prokuror Zakir Qaralov və maliyyə naziri Samir Şərifovla qohum olduğunu bildirir, bu şikayətlərlə onu qorxutmağın mümkün olmadığını deyir.

Baş həkim rüşvət almasını isə özündən daha yuxarılara haqq verməsi ilə əsaslandırır.

Mənim problemimi işıqlandırmanızı və aidiyyatı orqanlara çatdırmanızı xahiş edirəm”.

Rayon xəstəxanasının baş həkimi Nizami Mehdizadə “Azadlıq”a açıqlamasında haqqında deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib: “Mən xəstəxanaya yeni nəfəs gətirmişəm. Mənim gəlişimdən sonra xəstəxana tam təmir olunub və xəstələrə yüksək səviyyədə və pulsuz xidmət göstərilir. Mən bura təyinat alana kimi hər kənddən bir nəfər gəlib bütün xəstələrin dərmanlarını alıb aparırdı. Bu dərmanların təyinatı üzrə istifadə olunduğunu, xəstələrə çatdırıldığını kimsə bilmirdi.  İndi isə elə deyil. Xəstələr özü və ya yaxınları gəlib imzalarını atıb, dərmanlarını götürürlər. Bu adamı da narahat edən budur”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL