29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Tanınmış ictimai fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev eyni zamanda maraqlı bir səyyahdır. Zaman-zaman dünyanın fərqli bölgələrinə səyahət edərək, ordan maraqlı müşahidələrini paylaşan B.Hacıyevin bu dəfəki səfəri isə Şimali və Cənubi Koreyada baş tutub. Bəxtiyar bəy bu səfəri ilə bağlı təəssüratlarını yazıya çevirərək mediada paylaşır. Musavat.com-un reportyoru onunla yazmadıqları, amma maraq kəsb edən Şimali Koreya səfərinin detalları ilə bağlı danışıb.
- Bəxtiyar bəy, tez-tez dünyanın gözəl və ekzotik ölkələrinə səyahət edib, ordan maraqlı fotolar və təəssüratlar paylaşırsız. Niyə bu dəfə Şimali Koreyanı seçmişdiniz?
- Şimali Koreyaya səfər etmək istəyim bir neçə il öncə yaranmışdı. ABŞ-da birlikdə təhsil aldığımız bir tələbə yoldaşım Bakıya gəlmişdi və onunla müxtəlif ölkələr, sistemlər haqqında danışanda Şimali Koreyaya da turist kimi səfərlərin mümkün olduğunu demişdi. Dəfələrlə planlaşdırsam da, ortaya başqa işlər, beynəlxalq tədbirlərə dəvətlər və s. düşürdü. Səfərdə məqsədim həm haqqında beynəlxalq mətbuatda bu qədər danışılan ölkəni öz gözlərimlə görmək, həm də eyni xalqı iki fərqli idarəçilik, iki fərqli rejim və seçimin haralara gətirə biləcəyini müşahidə etmək idi. Şimali Koreyadan sonra isə Cənubi Koreyaya getdim və ilk təəssüratım bu oldu ki, iki ölkə arasında 40-50 illik inkişaf fərqi var. Bütün bunlar bir daha göstərdi ki, ölkənin idarə edilməsindən, rəhbərliyindən, seçdiyi xarici siyasət kursundan çox şey asılıdır. Əgər Şimali Koreyada olanda oranın 70-80-ci illər Sovet İttifaqını xatırlatdığını düşünürdümsə, Cənubi Koreya hava limanından qalacağım mərkəzə gedənə qədər “Seul ABŞ-ın hansısa ştatını, hansısa böyük şəhərini xatırladır” deyə düşündüm.
- Şimali Koreya sizi necə qarşıladı? Turistlərə qarşı orda çox yasaqlar olduğunu bilirik. Siz hansı yasaqlarla üzləşdiniz?
- Şimali Koreyaya səfərdən əvvəl daxilimdə qəribə bir həyəcan vardı. Bu həyəcan daha çox maraq hissindən doğsa da, daxilimdə bir az ehtiyatlılıq da vardı. Düşünürdüm ki, hər hansı bir səhv hərəkətim orada həbslə, edamla nəticələnə bilər və bir daha öz ölkəmə qayıda bilmərəm, yaxud həyatda olmaya bilərəm. Ancaq Çindən sərhədi keçdikdən və qatarda yoxlamadan sonra anladım ki, bu ölkədə turistlərlə bağlı qadağalar haqqında deyilənlərin çoxu şişirdilib. Birincisi, biz Çindən Pxenyana qədər bələdçisiz getdik, yolda sadə Şimali Koreya vətəndaşları ilə ünsiyyət imkanımız oldu. Halbuki, əvvəllər “turistlər sadə vətəndaşlarla danışa bilməz” deyilirdi. İkincisi, “turistlərə foto və video çəkilişlər aparmaq qadağandır, yalnız yaxşı yerləri çəkməyə icazə verirlər” deyilirdi. Ancaq bu da yanlış məlumatdır. Getdiyimiz yerlərdə kasıbçılıq, az qidalanma, inkişafdan geri qalmanın olduğu yerləri də çəkirdik və bələdçilərimiz buna etiraz etmirdilər. Üçüncüsü, “hava limanından çıxanda fotolarda bəyənmədiklərini siləcəklər” məlumatı idi. Pxenyan hava limanında pasport və təhlükəsizlik yoxlamasını cəmi 3-4 dəqiqəyə keçdik, heç bir kamera, yaddaş qurğusu yoxlanmadı.
“Şimali Koreyaya gedən turistlərlə bağlı qadağalar haqqında deyilənlərin çoxu şişirdilib” |
- Amma tamamən qadağasız ölkə demək mümkün deyil, düzdür?
-Turistlərlə bağlı qadağa və məhdudiyyətlər də vardı. Qaldığımız hoteli gecələr təkbaşına tərk etmək qadağan idi. Əgər qaldığımız hoteldən gecə harasa getmək istəsək, mütləq bələdçi ilə çıxmaq lazım idi. Foto və videoçəkilişlərdə isə hərbi obyektlər və zabitləri çəkmək olmazdı. Bir də Şimali Koreya liderlərinin portretləri, heykəlləri olan binaları çəkəndə xahiş edirdilər ki, onların bədənlərini bütöv götürək, baş və bədən kəsilməsin. Səfərin proqramı isə çox əsnək idi. Bəzən gün ərzində bir neçə dəfə planımızı dəyişirdik. Biz getmək istədiyimiz yeri seçirdik, bələdçilər avtobus və nəqliyyat təşkil edirdilər və gedirdik. Bu da çoxlarının dediyi “Şimali koreyalılar turistlərə ancaq göstərmək istədikləri yerləri göstərirlər” fikrinin şişirdilmiş olduğunu göstərir. Biz soyuq və odun sobası ilə isinən məktəbi də gördük, kiçik və geridəqalmış kəndləri də, yol kənarında yükünü velosipedə yükləyib bir şəhərdən digərinə velosipedlə gedənləri də, Pxenyana qədər yolda vətəndaşların 2-3 postda yoxlanmasını və s. də. Ümumiyyətlə, qadağalar və qaydalarla bağlı təəssüratım bu oldu ki, SSRİ-nin 70-80 illərində nə vardısa, indi Şimali Koreyada da o var. Nə az, nə çox. Ora ilə bağlı yaradılmış “yanlış hərəkət etsən, asacaqlar, kəsəcəklər, itlərə atacaqlar, öldürəcəklər” isə sanki ölkəyə turist səfərlərinin qarşısının alınması məqsədi ilə yaradılmış şayiələrdir.
- Təəssüratlarınızdan belə bəlli olur ki, ölkə sürprizlər və qəribəliklərlə doludur. Robot yol polisi, rəhbərə şəxsiyyət pərəstişinin xaricində bir azərbaycanlını orda ən çox nə təəccübləndirdi?
- Doğrusu, məni təəccübləndirən şeylərin çoxu müsbət təəssüratlar idi. Yoxsul ölkə insanlarının oxumağa və öyrənməyə marağı, növbə mədəniyyəti, insanların qonaqpərvərliyi və ürəyi açıqlığı, kriminal təhlükəsizlik və s. Şəxsiyyətə pərəstiş baxımından ciddi fərqimiz yoxdur...
- Bəs Azərbaycanla digər bənzərliklər nələr idi?
- Azərbaycanla digər bir oxşar tərəfimiz isə paytaxtla regionlar arasında kəskin uçurum olmasıdır. Pxenyanın elə yerləri var ki, adam orada özünü Bakıdakı Port Baku ərazisində hiss edir. Ancaq 40-50 km uzaqlıqdakı bir şəhərdə adam özünü Ucar, Zərdab rayonunda hiss edir. Həm insanların geyimləri, həyat şəraitləri, həm də regionların özlərinin inkişaf səviyyələri ilə paytaxt arasında çox ciddi uçurum var.
Məni təəccübləndirən digər bir məsələ isə Şimali Koreyanın elmə, elm adamlarına verdiyi diqqət oldu. Pxenyan mərkəzində çoxmərtəbəli, müasir arxitekturaya malik, geniş küçələri olan böyük bir küçə sırf Şimali Koreya elm və təhsil adamlarına hədiyyə verilib. Bu binalardakı mənzillər elm adamlarının göstərdikləri xidmətə görə onlara pulsuz olaraq verilir. Ölkənin 2013, 2014, 2015-ci illərdə olan fotoları ilə indiki fotolarına və görüntülərinə baxanda açıq görünür ki, ən azı paytaxtda böyük bir tikinti bumu yaşanır. 300 metr hündürlükdə şüşə piramida formasında hotel binaları tikilir, yeni yollar, kənd və qəsəbələr salınır. Şimali koreyalılar enerji problemi ilə üzləşdiklərinə görə günəş panellərindən nəinki təkcə paytaxtda, hətta kiçik kəndlərdə də çox istifadə edirlər.
Ümumiyyətlə isə turistlərə ciddi qadağaların olmamasını nəzərə alsaq, sadə vətəndaşlarımızın və jurnalistlərimizin bu ölkəyə səfər etməsini çox istərdim. Həm də ona görə ki, bizim seçdiyimiz və seçəcəyimiz yolların bizi haralara apara biləcəyini görmək olar. Biz gələcəkdə Şimali Koreya kimi, yoxsa Cənubi Koreya kimi olmaq istəyirik? Bu sualın cavabını tapmaq üçün iki ölkəyə ardıcıl səfər etmək kifayətdir.


