Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Eldar Mahmudova qarşı çıxan yeganə general yeni araşdırma tələb edir

Tarix:28-02-2018, 08:57 Baxış Sayı:124

Eldar Mahmudova qarşı çıxan yeganə general yeni araşdırma tələb edir

Antiterror Mərkəzinin rəisi Elçin Quliyev MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə işin təzələnməsini istəyir

Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam edir. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatətlə çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Elçin Quliyev həbs ediləndən sonra Eldar Mahmudova qarşı çıxan yeganə MTN generalıdır. Digər həbsdəki  MTN-çilər barəsində məhkəmə prosesi qapalı keçirilsə də, Elçin Quliyevin işi üzrə proses açıq keçirilir. Sonuncu prosesdə onun vəkili MTN-in 2013-cü ildə keçirdiyi “Şimal küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyevə ittiham verildiyini deyib.  

Bildirib ki, pulların ayrılması ilə bağlı və həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri olub: “Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunsun”.

Elçin Quliyev isə bildirib ki, ondan heç kim hansı agentə nə qədər pul verdiyini soruşmayıb: “Bu pulların verilməsi ilə bağlı maliyyə idarəsinin heç bir məlumat olmayıb, ola da bilməz. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Mən agentlərimi rəhbər şəxslərə deyə bilərəm. Maliyyə İdarəsinin arayışı əsasında bu məsələ araşdırılıb”.

Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub:

“Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavininin də öz agenti olub. Heç birimizin agentini tanımamışıq, bu iş məxfi saxlanılıb. Mən heç bir dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəsəydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var”.

Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb. Elçin Quliyevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılmamasını deyib, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.

E.Quliyevə verilən ittihamlardan biri də MTN polkovniki Malik Mustafayevin intihar həddinə çatdırılması ilə bağlıdır.

E.Quliyevin vəkili deyir ki, bu ölüm hadisəsi ilə bağlı düzgün araşdırma aparılmayıb: “Biz yenidən ekspertiza keçirilməsini istəyirik”.

Yada salaq ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayev 2014-cü ildə intihar edib. Onun qardaşı Mətləb Mustafayev mətbuata açıqlamalarında bildirib ki, qardaşı o dövrdə ATM rəisi olan Elçin Quliyevlə söhbətdən sonra intihar edib.

Sitat: “Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxri əməkdaşı, Qarabağ müharibəsi veteranı, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna girərək, mənə qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki, ”sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbanı həbs etdirəcəyəm".

Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarixdə kiçik bacım Hümbətova İradə Nəriman qızının yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki həyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik qara maskalı şəxslər daxil oldular. Onları avtomat gücünə həyətə çıxararaq, özləri ilə gətirdikləri narkotiki evə qoymaq istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən çıxıb getdilər. Qardaşım bu hərəkətlərdən sonra özünə gələ bilmədi. Qardaşım 1 noyabr 2014-cü ildə Elçin Quliyevin qəbuluna getdi. Elçin Quliyev qardaşıma nə dedisə, 2 gün sonra öz yaşadığı həyətdə özünü asaraq intihar etdi".

Mətləb Mustafayev qardaşının ölümündə Elçin Quliyevi, keçmiş nazir Eldar Mahmudovu və digər adını çəkdiyi MTN əməkdaşlarını görür.

Qeyd edək ki, E.Quliyev apelyasiya şikayətində Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL