Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Vaşinqtonda Xocalı qurbanlarına həsr olunmuş anım konserti keçirilib - Foto

Tarix:28-02-2018, 10:30 Baxış Sayı:156

Vaşinqtonda Xocalı qurbanlarına həsr olunmuş anım konserti keçirilib - Foto

Fevralın 26-da  ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalıqətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib. Azərbaycanın  ABŞ-dakı səfirliyinsən APA-ya verilən xəbərə görə,  səfirliyin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində keçirilib. Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.

 

Tədbirdə açılış edən Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının  (AAFSW) proqram rəhbəri Şila Svitzer “Sülh laylası” layihəsi barədə məlumat verib və onun dərin emosional təsirlərindən söz açıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konserti Azərbaycan şairi Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına layla” adlı şer əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Culian Beird, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanan musiqili əsərin təqdimatına həsr edilib.

 

Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək iştirakçılara Ermənistanın Azərbaycana təcavüzünün acı xatirələrindən biri kimi Xocalı qətliamı barədə məlumat verib və münaqişənin yalnız iki dövlət arasında deyil, həmçinin əhali səviyyəsində dərin izlər buraxdığını qeyd edib. Səfir bu xüsusda tədbirin xüsusi qonağı kimi Xocalı hadisələrinin canlı şahidi, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalanı təqdim edib və onun İkinci Dünya Müharibəsində 33 yaşında nasistlərin ölüm düşərgəsində sağ qalan atası Savalanın 50 il sonra 83 yaşında məhz Xocalıda qətlə yetirilməsi faktını misal gətirərək bu faciənin dünya ictimaiyyəti üçün nə qədər simvolik məna kəsb etdiyinə diqqət yönəldib.

 

Səfir əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı faktı və onun əhalisinə qarşı törədilən Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin bərpasının dərhal ardınca baş verməsi onu göstərir ki, bu əməllər xüsusi məqsədlə törədilmiş və məhz xalqımızın müstəqillik ruhunu boğmağa hədəflənib. E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək Azərbaycan tərəfinin erməni xalqına deyil, məhz onun işğalçı və təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyinə qarşı olduğunu vurğuladı və gələcəkdə ölkəmizin Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib.

 

Daha sonra konsert proqramı çərçivəsində tanınmış bəstəkarların musiqi parçaları, o cümlədən “Gecə himni” (Herni Pörsel), “Sakit ibadət” (Haskell Smol), “Für Alina” (Arvo Pərt), “Müqəddəs gecənin himni” (Corc Kramb), “Aprel ayı” (Fərnsis Polənk) kimi əsərlər   səsləndirilmişdir.  

 

“Sülh laylası” şerinin müəllifi Yusif Savalan Xocalı hadisələri barədə öz xatirələrini bölüşdü və yazdığı şeri ana dilində səsləndirib. Yusif Savalan Azərbaycan əhalisinin qisas deyil, ədalət, müharibə deyil, birgə yaşayış tələb etdiyini vurğuladı və bütün yaşadıqlarına rəğmən sülhə və öz doğma yurdunda yaşamaq ümidimi itirmədiyini söyləyib.   

 

Tədbir çərçivəsində həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi guşəsi də təşkil edilib və guşədə iştirakçılara Azərbaycanlı uşaqların çəkdikləri rəsm əsərləri nümayiş olunub. Tədbirin keçirilməsində həmçinin Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının ölkəmiz üzrə tərəfdaşları Azərbaycan Dillər Universiteti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iştirak edib. 

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL