Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Bayram Məmmədovun anası: ‘O ab-havaya düşüb özümü aldatmaq istəmirəm’

Tarix:1-03-2018, 15:29 Baxış Sayı:148

Bayram Məmmədovun anası: ‘O ab-havaya düşüb özümü aldatmaq istəmirəm’

Bu gün – martın 1-də «heykəl məhbusu» kimi tanınan, narkotik ittihamı ilə 10 il azadlıqdan mərhum edilən Bayram Məmmədovun doğum günüdür. 23 yaşını həbsxanada qarşılayır.

İkinci ildir oğlunun ad gününü həbsxana divarları arasında qeyd etmək üçün tədarük görən anası Sevinc xanım çox sevinclidir. «Hər cür hazırlıq görmüşəm. Tort da aparıram. Siz deyin bir, mən deyim üç. Amma şamlar ağlıma gəlməyib, doğrusu…».

AzadlıqRadiosunun əməkdaşı Sevinc Məmmədova ilə, az qala, qapıdan çıxhaçıxda danışa bilib:

– Bu gün sevincimin həddi-hüdudu yoxdur. Fəxr edirəm övladımla. Onunla qürur duyuram. Onun yolunda hər şeyə hazıram. Həvəslə yuxudan oyanmışam, hər cür hazırlıq görmüşəm. Ora gedəcəyik deyə, ürəyim çırpınır. Hər dəfə belədir. Ancaq bu gün xüsusi, tamam başqa duyğularla gedirəm onun yanına. İldən-ilə daha çox qürur duyuram onunla.

– Səbəbi nədir?

– Səbəbi Bayramın mərdliyidir, sınmamasıdır, qürurlu olmasıdır, heç nədən çəkinməməsidir. Getdikcə daha da möhkəmlənir. İnadkardır. Haqsızlıq ona doğru irəlilədikcə, o da onun üstünə iri addımlarla gedir.

– Bayramla yəqin vaxtaşırı görüşür, telefonla danışırsınız. Özü necədir?

– Vəziyyəti… Bilmirəm. Onun vəziyyəti pis olsa da, indiyə kimi bunu bizə bir dəfə də büruzə verməyib. Onunla görüşə evdən nisgilli, nigaran gedirəm. Amma Bayramın yanından, az qala, bayram ovqatında qayıdıram, orda elə bir ab-hava yaradır ki, hər şeyi o qədər gözəl təqdim edir ki… Adamda xoş bir təəssürat yaradır. Bunu həm sifəti, həm danışığı, həm də davranışı, duruşu ilə edir. O pərdəarxası şeylər var ey, hələ onları bizə danışmayıb, nəsə büruzə verməyib.

– «Pərdəarxası» deyəndə nəyi nəzərdə tutursunuz?

– Həbsxanadakı çətinlikləri, onun başına gətirilənləri. Asan deyil. Onlara hər zaman nəzarət edilir. Amma siz onun təqdimatına baxın da. Görün necə danışır. Elə bilirsən orda heç nə baş vermir. Amma bilirik ki, var… Sadəcə, inandırır bizi. Fərqli ovqat yaradır.

– Bəs yerini dəyişdilərmi? Onun kamerası, deyəsən, həm tualetin yaxınlığında idi, həm də soyuq idi.

– O problemlər, demək olar, arxada qaldı. Yeri yelçəkən idi, tualetin yaxınlığında idi. Amma artıq dəyişiblər. Bunlar geridə qaldı. Çətinliklə oldu. Amma keçdi.

– Əfv sərəncamının verilməsi gözlənir. Hüquq müdafiəçiləri Qiyas İbrahimovla Bayram Məmmədovun adını da əfv siyahısına salınmasını istəyiblər. Onların bu bayram ərəfəsində azad ediləcəyinə ümidiniz varmı?

– Biz realistik. Hər halda, mən öz adıma danışıram. Hər şeyə real yanaşmaq istəyirəm. O ab-havaya düşüb özümü aldatmaq istəmirəm.

– 23 yaşında ananın balasına arzusu bəllidir, yəqin. Onları bölüşmək istərdinizmi?

– Arzularım böyükdür. İstəyirəm, bütün bu çətinliklər arxada qalsın. Yaxın zamanda onu azadlıqda görmək ən böyük arzumdur… Hisslərimi anlada bilmirəm. Çox həyəcanlıyam.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL