Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Elmar Hüseynovun qətlindən 13 il keçir

Tarix:2-03-2018, 17:28 Baxış Sayı:134

Elmar Hüseynovun qətlindən 13 il keçir

Bu gün, martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 13 ili tamam olur. Martın 2-də bir qrup jurnalist mərhum redaktorun Bakıdakı məzarını ziyarət edib.

Ziyarət mərasimində çıxış edən «Turan» agentliyinin direktoru Mehman Əliyevbildirib ki, E.Hüseynovun qətli mediada yeni ağır dövrün başlanğıcını qoyub.

«2005-ci ildən sonra jurnalistlərin təqibi, oğurlanması, həbsi, media və jurnalistlərin ələ alınması, məhkəmələrə çəkilməsi, iqtisadi təzyiqlər başladı. Bir sözlə, medianın üzərinə hakimiyyətin yürüşü başladı. Bu yürüş hələ də davam edir», – deyə o qeyd edib.

M.Əliyev deyib ki, E.Hüseynov yazılarında həmişə hakimiyyətə medianı, cəmiyyəti təqib siyasətindən geri çəkilməyin vacibliyini çatdırırdı.

«Elmar Hüseynov yazırdı ki, hakimiyyət açıq və xalqın xeyrinə siyasət aparmalıdır. Təəssüf ki, onu eşitmədilər və bu gün Azərbaycan belə böhranlı vəziyyətə gəlib çıxdı. Böhran yalnız iqtisadiyyatı deyil, sosial, mənəvi, ictimai, demək olar ki, bütün sahələri əhatə edir. Bu, real durumdur», – deyən M.Əliyevin fikrincə, hakimiyyətin təqib siyasəti nəticəsində bəzilərinin əxlaqı dəyişib:

«Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə…»

«Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə və idarə edəcəyinə inanırdı. Amma nəticə budur ki, informasiya məkanını hakimiyyət itirib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu, çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir bununla necə mübarizə aparmaq lazımdır…».

«Elmar Hüseynovun ideyasının qələbəsi…»

«Turan» agentliyinin direktoru hesab edir ki, hakimiyyət medianın təqibi savaşını artıq uduzub.

«Hakimiyyət bu savaşı artıq uduzub. Bu, Elmar Hüseynovun ideyasının qələbəsidir. Hər şey yaxşılığa doğru gedəcək, ölkədə hər şey dəyişəcək. Hazırda vəziyyət anormaldır. Anormallığın isə gələcəyi yoxdur», – deyə o qeyd edib.

Hakimiyyət rəsmilər isə ölkədə söz və mətbuat azadlığına basqılarla bağlı deyilənləri qəbul etmirlər. Onlar bildirirlər ki, hazırda həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə yox, törətdikləri əmələ bağlı məsuliyyətə cəlb ediliblər. Rəsmilər Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hər il qəzetlərə maliyyə yardımını və jurnalistlərə iki bina tikərək pulsuz ev verilməsini qeyd edərək, bunu dövlətin təmənnasız qayğısı kimi dəyərləndirirlər.

Hakimiyyət təmsilçiləri üstəlik, dəfələrlə E.Hüseynovun ölümünü pisləyən bəyanatlar da veriblər. Hətta prezident İlham Əliyev qətldən az sonra cinayətkarların tezliklə tapılıb cəzalandırılacağını açıqlamışdı.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL