Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Biznesmen prezidentə korrupsionerləri öldürmək niyyətində olduğunu bildirib

Tarix:5-03-2018, 15:22 Baxış Sayı:135

Biznesmen prezidentə korrupsionerləri öldürmək niyyətində olduğunu bildirib

Adil  Nəcəfov 1,5 milyonunu tələb edir, amma ona bu məbləğin 10%-ni təklif edirlər

Fevralın 26-da özəl nəqliyyat şirkətinin sahibi Adil Nəcəfov prezidentə birinci şikayətinin təkrarı olan ikinci şikayəti göndərib. Şikayətlərin surətləri birinci vitse-prezidentə, baş prokurora, daxili işlər nazirinə, prezidentin hüquq-mühafizə məsələləri üzrə köməkçisinə, Prezident Administrasiyasının rəhbərinə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə və mətbuata göndərilib.

Müharibə iştirakçısı, Bakıda (Xətai rayonu, N.Tusi küçəsi 31, mən. 71) yaşayan kiçik sahibkar Adil Nəcəfov Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində töhmət belə almadan fəaliyyət göstərən avtobusla şəhərdaxili sərnişindaşıma şirkətinin sahibi idi. Onun problemləri sərnişin daşımaları Nəqliyyat Nazirliyinə tabe edildikdən sonra başlayıb.

Bakılılar “Bakı Sərnişin Nəqliyyat” MMC-nin özəl avtobus və taksi sürücülərinə hücum edən, onları yoldan keçənlərin və polisin gözü önündə döyən, qanunsuz aylıq rüşvət tələb edən əlaltılarının bandit hərəkətlərini xatırlayırlar. Bu MMC-nin işçilərinin güc metodları kameraya çəkilib və telereportajda nümayiş olunub: https://www.youtube.com/watch?v=agaYyTx0iME.

Sürücülər reportyora döyülmə ilə hədələnərək, 90 manat tələb olunmasından şikayət edirlər. “Bakı Sərnişin Nəqliyyat” MMC işçilərinin cinayətləri haqqında hökumət mətbuatı da məlumat yaymışdı: http://xalqqazeti.com/az/news/social/43958.

Nəqliyyat Nazirliyinə tabe olan şirkətin əlaltıları bizdən böyük məbləğdə pul tələb edirdilər, biz banklara borclu olduğumuz üçün bu pulu verə bilmirdik. Bizi sərnişindaşımada işləməyi qadağan etməklə hədələyirdilər, onlara pul verməyimiz üçün müddət müəyyən edirdilər, özlərini reketir kimi aparırdılar. Biz Nəqliyyat Nazirliyinin işçilərinə bu pulu vermək üçün banklardan yeni borclar götürmək məcburiyyətində qaldıq. Nəticədə, mən bir milyon yarım manat məbləğində ziyana düşdüm, bunun 700 mini banka olan borcumdur, onu ödəyə bilmirəm, deyə Nəcəfov yazır.

2015-ci ildə o, Respublika Prokurorluğuna şikayət verib. Şikayəti RP nəzdində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriblər. Vətəndaşla müstəntiq Heydər Məmmədov və daxili araşdırmalar şöbəsinin rəisi Anar Nəsibov görüşüb, onlar şikayətçiyə sövdələşmə təklif ediblər: o, tələb etdiyi məbləğin 10%-ni alır və yazılı olaraq bir milyon yarım manatı əldən aldığını təsdiq edir. Nəcəfov imtina edib, belə ki, 150 min manat onun problemlərini həll edə bilməzdi. Bu zaman onu idarədən qovaraq, “şikayət təsdiqini tapmamışdır” şəklində qətnamə tərtib ediblər və bundan sonra orada Nəcəfovun müraciətlərinə baxılmayıb. Amma vətəndaşın bütün növbəti şikayətləri də bu idarəyə göndərilməyə davam edib.

Nəcəfov hüquq-mühafizə orqanlarına 200-dən çox yazılı müraciət göndərib. Baş Prokurorluq onun məktublarını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərir, bu idarənin işçiləri vətəndaşa cinayət sövdələşməsi təklif edirdilər. Səriştəli şəxslər ona deyirdilər ki, bu cür işlərə müstəsna olaraq bu idarədə baxıldığına görə başqa heç kim onunla məşğul olmayacaq.

Adil Nəcəfov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyevə 30 məktub və 6 teleqram göndərdikdən sonra onun qəbuluna düşməyə nail oldu. Fevralın 6-da Əliyev Nəcəfovla görüşdü, nəzakətlə onu dinlədi, o cümlədən tabeliyində olan şəxslərin pul tələb etməsi haqqında biznesmenin danışdıqlarına qulaq asdı və vətəndaşa kömək etməyə söz verdi. Amma sözünü tutmadı. Pul tələb edənlər cəzalandırılmayıb – Kamran Əliyev öz tabeliyindəki işçilərin tərəfini tutdu, mən isə onun üçün “qurbanlıq qoyun” oldum, deyə Adil Nəcəfov qeyd edir.

Daha sonra o, növbətçi prokuror Arif Eyyubovla görüşüb, o, təəccüblənmiş vətəndaşa müstəntiq Rəşad İsgəndərovun apardığı yoxlama nəticəsində şikayətdə göstərilən faktların təsdiqini tapmadığını bildirib.

Dəhşətli olan odur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin çıxardığı qərardan sonra başqa heç bir instansiya şikayətimə baxmır. Məhkəmə iddiamı təmin etməyib. Fevralın 23-də Baş Prokurorluğun növbətçi prokuroru Yaqut Əliyeva ilə görüşdüm, ondan şikayətimə baxılması barədə soruşdum. Yenə öyrəndim ki, bütün məktublarım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Y.Əliyevadan soruşdum ki, bu müəssisədən şikayət edirəmsə, niyə şikayətimə baxılması Baş Prokurorluğa deyil, onlara tapşırılır? Y.Əliyeva mənə cavab verə bilmədi…

Adil Nəcəfov ədaləti bərpa etmək üçün başqa nə edəcəyini bilmir. Mənim pulumu alanları öldürmək və beş nəfərin ölümünə səbəb olmaq, ya da özümü öldürmək məcburiyyətindəyəm. Baş verənlərə görə bütün məsuliyyət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşəcək, deyə vətəndaş Nəcəfov prezidentə və digər dövlət rəhbərlərinə xəbərdarlıq edib.

O, prezidentin onun xahişinə baxacağına və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki şəhsləri cəzalandıracağına, sadə vətəndaşın isə əlindən alınan pulunun geri qaytarılacağına ümid edir.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL