Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
“Bir nəfər özünü 3-cü mərtəbədən atıb”
Ötən gün Tovuz Rayon Polis Şöbəsində dörd nəfər ağır işgəncələrə məruz qalıb.
Məlumatı “Facebook” sosial şəbəkəsində keçmiş məhbuz, hüquq müdafiəçisi Taleh Xasməmmədov paylaşıb.
Onun sözlərinə görə, işgəncə nəticəsində onlardan biri, 1970-ci il təvəllüdlü Tofiq Feyruz oğlu Şükürov özünü 3-cü mərtəbədən atıb, nəticədə ağır bədən xəsarətləri alıb.
“Üç nəfərin taleyi ise daha təhlükəli və müəmmalı olaraq qalır”.
Bu barədə Meydan TV-yə danışan Taleh Xasməmmədov ehtimal edir ki, bu hadisə fevralın 24-də rayonda baş vermiş qətllə bağlı ola bilər:
“Yerli hüquq-mühafizə orqanları AFFA-nin sabiq prezidenti Ramiz Mirzəyevin yaxın qohumlarının qətlinin üstünü aça bilmədiklərin adamları çağırıb dindirirlər və işgəncə halları da olur. Güman edirəm ki, son hadisə onunla bağlıdır”.
Ancaq Tovuz Rayon Polis Şöbəsinin növbətçisi hissəsindən Elman Qəhrəmanov Meydan TV-yə yayılan xəbərləri təkzib edib.
Elman Qəhrəmanov deyib ki, Tofiq Şükürov haqqında məhkəmədə oğurluq ittihamı ilə iş var.
“Bu adam bir tibb bacısının mənzilindən 5 min manat oğurluq edib. Eyni zamanda, narkotika ittihamı ilə dəfələrlə məhkum olunub”.
E.Qəhrəmanov deyib ki, Tofiq Şükürova heç kim təzyiq etməyib.
“Hətta ona prokurluğun müstəntiqi çay verib, sonra deyib ki, dəhlizdə gözlə. Ardınca nə düşünüb, onu edib. Bir daha deyirəm, Tofiq Şükürova heç kim təzyiq göstərməyib və durumu da yaxşıdır. Ancaq Tofiq Şükürov rayonda çox pis reputasiyaya malikdir”.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov üç nəfərin xəstəxanada olduğu barədə məlumatı təkzib edib:
“Ancaq Tofiq Şükürovu vəziyyətinin ağırlığı səbəbindən Qazax Rayon Xəstəxənasına emerteye apardılar. Başqa məlumatım yoxdur”.