Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Novella Cəfəroğlu: “Əli İnsanov da, İlqar Məmmədov da buraxılacaq”

Tarix:13-03-2018, 11:30 Baxış Sayı:191

Novella Cəfəroğlu: “Əli İnsanov da, İlqar Məmmədov da buraxılacaq”

Əliməmməd Nuriyev: “Əvvəlcədən hansısa şəxslərin əfv olunmasını demək yanlış olardı”

Novruz bayramına bir həftə qalır. Günlər keçdikcə bu bayramda və ya mayda verilə biləcək əfv sərəncamı ətrafında gedən müzakirələr qızışır. Bu müzakirələr ölkəmizdə 2018-ci ildə siyasi məhbus probleminin tamamən aradan qaldırılacağı yönündədir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlunun modern.az-a verdiyi açıqlama bir sıra suallara yol açıb. O, açıqlamasında hazırlayıb Əfv Komissiyasına təqdim etdikləri siyahıya sabiq səhiyyə naziri Əli İnsanov və REAL sədri İlqar Məmmədovun da adını saldıqlarını bildirib. Onun dediklərinin müzakirələr doğurmasına əsas səbəb sabiq nazirdir. Belə ki, İ.Məmmədovun əfvə düşmək şansları hər cəhətdən yüksəkdir, o, 7 illik cəzasının 5 ildən çoxunu geridə qoyub, amma İnsanovda belə deyil. Sabiq nazir ona 13 illik cəzasının ardından verilən 7 il beş gün cəzanın heç bir ilini çəkməyib. Əfvə isə adətən cəzasının 3/1-i, yaxud yarıdan çoxunu çəkən məhbuslar düşürlər. Bütün bunların fonunda sabiq nazirin adının əfv siyahısında olub-olmayacağı ciddi müzakirə mövzusudur. Onun barəsindəki ən ciddi iddia ondan ibarətdir ki, İnsanov müəyyən razılıq əsasında azadlığa çıxacaq və bir müddət sonra hər kəs onun ölkədə olmadığını, xarici ölkələrin birinə gedəcəyini görəcək...

N.Cəfəroğlu açıqlamasında İnsanovun adını siyahılarına salmalarına bu cür şərh verdi: “Əli İnsanov da, İlqar Məmmədov da buraxılacaq. Biz istəyirik ki, 2019-cu ilə siyasi məhbuslarsız gedək. Buna çox ümid edirik. Əli İnsanovun da əfvə düşmə şansları var”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, kimin əfvə düşüb-düşməməsi ölkə başçısından asılıdır:“Burada müxtəlif QHT-lər, hüquq müdafiəçiləri, eyni zamanda ayrı-ayrı şəxslər məhkumlarla bağlı müraciət edə bilərlər. Amma əfvlə bağlı qərar qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik. Digər tərəfdən, qanunvericiliyin mövcud tələbləri var. Hazırda qanunvericiliyə görə, böyük ictimai təhlükə törətməyən cinayətlərlə məhkum olunmuş şəxslər dərhal qanuni məhkəmə hökmü qüvvəyə mindikdən sonra onların özləri, vəkilləri, QHT-lər, deputatlar və ya ayrı-ayrı şəxslər əfvlə bağlı müraciət edə bilərlər. Digər tərəfdən, az ağır cinayətlər törətmiş şəxslər cəzanın 3/1-ni çəkməlidirlər. Yalnız bu cəzanı çəkdikdən sonra onların əfv üçün müraciət etmək hüquqları var.

İlgili resim

Amma ağır, xüsusilə ağır cinayətlər törətmiş şəxslər cəzalarının yarısını çəkdikdən sonra barələrində vəsatətlər verilə, özləri əfv üçün müraciət edə bilərlər. Ömürlük azadlıqdan mərhum edilmiş şəxslərə isə cəzalarının 10 ilini çəkdikdən sonra əfv üçün müraciət hüququ yaranır. Bütün hallarda son qərar cənab prezidentə aiddir. Nəzərə alsaq ki, əfv mərhəmət duyğusunun, humanizmin həyata keçirilməsini müəyyən edən aktdır, ona görə cənab prezident tərəfindən göstərilən müddətlərə əməl etmədən də şəxslər tərəfindən müraciətlər edilərsə, onlar barəsində vəsatətlər verilərsə, onların əfv olunma ehtimalları yarana bilər. Amma istənilən halda əvvəlcədən hansısa şəxslərin əfv olunmasını demək yanlışlıq olardı”.

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL