Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
“Bəzi texniki məsələlər var ki, ona qarşı mübarizə aparmaq hələ ki, çətin görünür. Amma bir çox inkişaf etmiş ölkələrdə təhqirə və böhtana, dövlət və onun atributlarına qarşı təxribatlar yayıldığı üçün həmin saytlar və sosial şəbəkələr dərhal bağlanılır. Düşünürəm ki, artıq Azərbaycanda da bu addımları atmaq lazımdır”.
Bu fikirləri deputat Hadı Rəcəbli deyib. Deputat daha sonra “Ərəb baharı”nda sosial şəbəkələrin oynadığı böyük rola diqqət çəkib.
Hadı Rəcəblinin söylədiyi fikirlər heç də təəccüblü deyil. Bütün avtoritar rejimlər üçün mühüm diqqət göstərilən məsələlərdən biri də informasiya siyasətidir. Bu siyasətin qayəsini isə əhalini hakimiyyətin maraqlarına xidmət edən mətbuat sistemindən asılı saxlamaqdır.
Hazırda hakimiyyəti olduqca ciddi şəkildə narahat edən məsələ sosial şəbəkələr vasitəsilə vətəndaşların obyektiv informasiya əldə etməsidir. Rejimin yüz milyonlarla maliyyə vəsaitini nəzarətində olan mətbuat orqanlarına xərcləməsi heç bir müsbət nəticə verməyib. Buna görə də Azərbaycan hakimiyyəti əhalinin başlıca informasiya qaynağı olan sosial şəbəkələrə qarşı ənənəvi qaydada – zorakı üsulla addımlar atmaq fikrinə düşüb. Xüsusi vurğulamaq lazımdır ki, Hadı Rəcəblinin bəyanatı onun şəxsi təşəbbüsü olmayıb, birbaşa hakimiyyətin ən yuxarı eşelonundan gələn sifarişdir.
Bütün korrupsioner rejimlər kimi, Azərbaycandakı rejim də vətəndaşıarın ölkədə olan maliyyə yeyintilərindən xəbər tutmasını istəmədiyindən tez-tez mətbuata qarşı onu boğmaq siyasəti aparır. Saytlar bloklanandan sonra hakimiyyət üçün başlıca başağrısı sosial şəbəkələr olduğundan bir deputatın dili bu istək ifadə olundu.