Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

“MilliÖn” aparatları insanların cibinə girir – iddia

Tarix:29-03-2018, 11:26 Baxış Sayı:164

“MilliÖn” aparatları insanların cibinə girir – iddia

Hüquqşünas: “İnsanlar istənilən xidmət göstərən şirkət barəsində məhkəmədə iddia qaldıra bilərlər”

Son zamanlar Bakıda iri ticarət mərkəzlərində, metro stansiyalarında quraşdırılan “MilliÖn” aparatları ilə bağlı şikayətlər səngimir. Məsələ ilə bağlı  vətəndaşlar bildirirlər ki, bu aparatlar artıq öz istismar müddətini başa vurub. Vətəndaşlar daha çox şikayət edərək söyləyirlər ki, aparatlar daxil edilən pulları götürmür. Eyni zamanda başqa bir şikayətdə qeyd olunur ki, aparatlar pulu götürsə də əməliyyatı icra etmir. 

Əvvəla, məlumat üçün qeyd edək ki,  Komtec Ltd şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarında 2008-ci ildən fəaliyyət göstərir.  Şirkət  mobil operatorlar, internet provayderlər, kabel televiziyası, şəhər telefonları, mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması), bank və sığorta xidmətləri kimi  ödəmə proseslərini həyata keçirir.

Əldə etdiyimiz məlumatlara görə, şirkətin sahibi Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovdur. E. Əsədov bu vəzifəyə 2016-cı ildə gətirilib.

Yeri gəlmişkən,  onu da qeyd edək ki, son zamanlar Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aparılan ixtisarların nəticəsi nazirliklə bağlı olan bir çox sahələrdə axsamalara səbəb olub. Məlumata görə, nazirlikdən son aylarda illərin təcrübəsinə malik peşəkar rabitəçilər çıxarılaraq, onların yerinə sahəyə aidiyyəti olmayan şəxslər gətirilir. Bu isə ümumilikdə ölkədə rabitə sahəsinin axsaması ilə nəticələnir. İnternetlə, ödəmə aparatları ilə bağlı yaranan problemləri də ekspertlər bununla əlaqələndirirlər.

Edilən şikayətləri nəzərə alıb,  paytaxt ərazisində quraşdırılan “MilliÖn” ödəmə aparatlarının vəziyyəti ilə tanış olduq. Elə ilk olaraq yaxınlaşdığımız iri ticarət mərkəzlərinin birində quraşdırılan aparatın qarşısında problemlə üzləşən vətəndaşa rast gəldik. Kərim adlı vətəndaş bildirdi ki, nömrəsinə kontur yükləmək istəyir, lakin aparat əməliyyatda səhv olduğunu bildirir: “Bu kimi hadisələr tez-tez başıma gəlir. Ya pulu götürmür, ya da yazır ki, əməliyyat yerinə yetirilmədi”.

Müşahidə etdik ki, aparata Kərimdən sonra bir qadın da yaxınlaşıb, kontur yükləməyə cəhd göstərdi. O da eyni problemlə üzləşib, yükləmə əməliyyatını həyata keçirə bilmədi.

Bu aparatların quraşdırıldığı mağazalarda işləyən mühafizəçilərlə də söhbət etdik. Onlar da bildirdilər ki, müştərilər tez-tez onlara şikayətlənirlər:

“Bəziləri elə bilir ki, aparatlar mağazanın malıdır. Ona görə də problem olan zaman bizə şikayət edirlər. Ən çox ”MilliÖn" aparatlarında problem çıxır".

Şikayətçilər arasında “BakıKart”a aparat vasitəsilə pul yükləməkdə çətinlik çəkənlər də var. Qeyd edək ki, xüsusi “MilliÖn” aparatları vasitəsilə metro və bəzi avtobuslarda işlək olan “BakıKart”lara da pul yükləmək mümkündür.

Məsələ ilə bağlı qaynarinfo.az saytına şikayətində paytaxt sakini Asif Dəmirov bildirib ki,  terminal vasitəsilə “BakıKart”a pul yüklədikdə çox zaman yüklənmə prosesi getmir və sonradan ödənişin bərpasını gerçəkləşdirmək də olmur: “Artıq neçənci dəfədir ki, ”MilliÖn"ün fırıldaqçılığı ilə üzləşirəm. “BakıKart”ı aparata qoyub pul yüklədikdən sonra çek verilir, amma marşruta minərkən məlum olur ki, pul balansa köçməyib. Dünən mən də daxil olmaqla, Elmlər Akademiyası metro stansiyasının qarşısındakı dayanacaqda quraşdırılan “MilliÖn” ödəmə terminalı vətəndaşların 10-12 manata yaxın pulunu mənimsədi. Çoxları balansın bərpası əməliyyatını bilmir və sonradan 1 manata görə şirkətə də müraciət etmir. Gecikirdim deyə stansiyanın içərisində yenidən 5 manat yüklədim. Qayıdanda aparatın işlədiyini görüb balansı bərpa etməyə çalışdım, amma bərpa prosesinin baş tutduğu qeyd olunsa da, itən məbləğ geri qayıtmadı. Yəni qəbzdə 5,05 AZN deyil, 6,05 AZN olmalı idi. Şirkətə müraciət edəndə deyirlər ki, şəxsiyyət vəsiqənizlə ofisimizə yaxınlaşın, probleminizi həll edək. Mənim şirkətə gedib qayıtmağım elə 1 manatdan baha başa gələcək. Bu, problemin həllidirmi?" -, deyə vətəndaş bildirib.

Əsabəli Mustafayev ile ilgili görsel sonucu

 Əsabəli Mustafayev bildirib ki, vətəndaşlar üzləşdiyi problemlə bağlı məhkəməyə müraciət edə bilərlər. Lakin bunun üçün əllərində sübut olmalıdır: “İnsanlar istənilən xidmət göstərən şirkət barəsində məhkəmədə iddia qaldıra bilərlər. Lakin sübut etmək lazımdır. Əldə bunu hansısa formada təsdiq edən sübutlar olmalıdır. Yaxud da prosesin şahidi deməlidir ki, həqiqətən də aparat şəxsin, məsələn, 10 manatını yeyib. Bu kimi hallarda sübut məsələsində bir qədər çətinlik yaşanır. İnsanlar prosesi videoya da çəkib, məhkəməyə təqdim edə bilərlər”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL