Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Bu gün “MTN işi” üzrə məhkəmədə sabiq nazirin “kassiri” və “qara qutusu” hesab olunan şəxslərə hökm oxunacaq; ev dustağı olan general-mayor Natəvan Mürvətovanın taleyi necə olacaq?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edir.
Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu Rayon Məhkəməsinin inzibati binasında araşdırılır.
Bu gün-martın 30-da keçiriləcək növbəti məhkəmə iclasında hökm oxunacaq. Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək general Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il, Natiq Əliyevin 14 il, Zaur Məmmədov 13 il, Elşad Əzizovun 8 il, Fərhad Atayevin 7 il , Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.
Qeyd edək ki, adıçəkilən şəxslər 2015-ci ildə həbs olunublar, N.Mürvətova isə ev dustağıdır.
Bu iş üzrə məhkəmə ötən ilin yanvar ayının 19-da başlayıb.
İttiham olunan generalların sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında müstəsna rolları olub. Qeyd edək ki, Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub. S.Qurbanov ona elan olunmuş ittihamlar üzrə istintaqda özünü təqsirli bilməyib. O, bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib. Amma MTN kuluarlarında S.Qurbanov Eldar Mahmudovun “ikinci kassiri” kimi də tanınıb.
T.Quliyev də “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev isə Eldar Mahmudovun “qara qutusu” hesab olunur. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etməyib. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb.
1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.
T.Quliyev DİN-in İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.
General-mayor Natəvan Mürvətova isə məhkəmədəki ifadələrində qısa danışıb: “Mən özümü təqsirli bilmirəm”.