Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
5 il müddətinə azadlıqdan məhrum edilmiş www.7gun.az portalının redaktoru Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva oğlunun işini nəzarəti altına alması və onun azad edilməsinə yardım etməsi xahişi ilə baş prokuror Zakir Qaralova müraciət edib.
Cavid Şirəliyev 22 may 2016-cı il tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədələmə yolu ilə rüşvət tələb etmək (CM-in 182.2.1-ci və 182.2.4-cü maddələri) ittihamı ilə mühakimə olunub.
Şirəliyev 30 avqust 2014-cü il tarixində DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) aparılıb.
Jurnalistin anası hesab edir ki, oğlunu hüquq-mühafizə orqanları ilə gizli əməkdaşlıq edən Xankişiyeva Şəfiqə İsmayıl qızının şikayəti əsasında həbs edilib.
Ana qeyd edir ki, 2017-ci ilin avqustunda Ali Məhkəmə hökmü ləğv edib və işi Apellyasiya Məhkəməsinə qaytarıb. Amma Gəncə Apellyasiya Məhkəməsi artıq 7 aydır əsassız olaraq işə baxılmasını uzadır.
“Dövlət ittihamçısı qərəzli olaraq iclasın təxirə salınması təklifi ilə çıxış edir, oğlumun həbsdə saxlanılmasını əsassız olaraq uzadır”, deyə Z.Şirəliyeva yazır.
Sonda o, Qaralovdan işi ciddi nəzarət altına götürməyi və oğlunun azad edilməsinə yardım etməyi xahiş edir.