Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. Qabaqcadan xəbər verildiyi kimi, iclasın gündəliyinə Azərbaycan ilə Əfqanıstan arasında hava əlaqəsi və sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq olunması, Mülki Məcəlləyə, Ticarət Gəmiçiliyi Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Kredit büroları haqqında”, “Bank olmayan kredit təşkilatlar haqqında”, “İcra haqqında”, “Tibbi sığorta haqqında” və digər qanunlara əlavə və dəyişikliklərin müzakirəsi nəzərdə tutulub. Ümumilikdə, iclasın gündəliyinə 25 məsələ salınıb.
Ancaq iclas daha çox son günlərin başlıca mövzusu olan “xaricdə yaşayaraq Azərbaycan əleyhinə iş aparan bəzi həmyerlilərimizə” həsr edilib. Bir neçə gün qabaq prezidentin köməkçisi Əli Həsənov başının dəstəsi ilə bu məsələni özünün Beynəlxalq Mətbuat Mərkəzində müzakirəyə çıxarıb nəzarətində olan adamları bir-bir mövqe bildirməyə məcbur etmişdi. O, bundan qabaq da hakimiyyətdən ev, qrant alan redaktorları, jurnalistləri də söyüş kampaniyasında fəal olmağa səsləmişdi. Məhz o çağırışdan sonra qəzetlərdə və saytlarda qarayaxma kampaniyası geniş vüsət alıb. Əli Həsənovun rəhbərliyi ilə BMM-də keçirilən tədbirsə hər gün İTV-də “raskrutka” olunur. İndi növbə Milli Məclisə çatıb. Oqtay Əsədov dərin məzmunlu çıxışıyla bu kampaniyaya öz töhfəsini verib: “Xaricdə yaşayaraq Azərbaycan əleyhinə iş aparan bəzi həmyerlilərimizə azərbaycanlı demək olmaz”. Ancaq bunun ardınca daha bir müdrik söz deyib: “Azərbaycan xalqı mərd xalqdır”.
Burda söhbət, təbii ki, Azərbaycanda yaşayanlardan, min bir zülmə dözən, mərdliyinə sığışdırıb bu zülmlərə, qanunsuzluqlara etiraz etməyənlərdən gedir. Bununla yanaşı spiker xaricdə yaşayan, ancaq Azərbaycanda baş verənlərə biganə qalmayanları azərbaycanlı adlandırmağın əleyhinə olduğunu bildirib və deputatlara bu adamlara cavab verməyi tapşırıb: “Lakin xaricdə yaşayan bəzi azərbaycanlılar xalqın mənəviyyatından uzaqdırlar. Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.
İndi növbə hadı rəcəblikimilərindir. Daha fikirlərini mətbuatda, televiziyalarda qorxusuz-hürküsüz paylaşa bilərlər. Onlara buna görə Oqtay Əsədovdan danlaq gəlməyəcək. Müxalif mövqeli adamları istədikləri qədər söyə bilərlər. Rəsmi icazə də var.
Deputatların başı “Xaricdə yaşayaraq Azərbaycan əleyhinə iş aparan bəzi həmyerlilərimizə” qarışdığından gündəlikdə duran məsələlərin nə qədərinin müzakirə olunduğu, nə qədərinin müzakirəsinə vaxt çatmadığı barədə dolğun xəbər ala bilmədik. Oqtay müəllim də bununla bağlı hər hansı açıqlama verməyib. Deputatlarsa yalnız “xaricdə yaşayan xalqın mənəviyyatından uzaq bəzi azərbaycanlılar” haqda danışmağa səlahiyyətli olduqlarını bildiriblər.
Gündəlikdə duran məsələlər barədə növbəti sayımızda…