Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Azərbaycanda bir sıra məmurlar var ki, barələrində mətbuatda gedən məlumatlara çox həssas yanaşırlar. Hər hansı bir məlumat yayılan kimi reaksiya verir, onun doğru olub-olmadığına aydınlıq gətirirlər. Bu, bir çox hallarda yazılan məlumatların həqiqət payını müəyyənləşdirməyə imkan verən bir haldır: məlumat yanlış olduqda haqqında bəhs edilən məmur öz haqlılığını sübut etmək üçün hərəkətə keçir. Açıqlamalar verir, yayılan məlumatın reallıqda necə olduğunu ictimaiyyətə çatdırır.
Yazılan məlumatlara reaksiya verilməməsi adətən onun doğruluğundan xəbər verən əlamət kimi qəbul edilir. Çünki bu halda haqqında məlumat gedən məmur doğru xəbəri yalanlamağa cəhd etmir. Bu, həm də hakimiyyətin yüksək pillələrindəkilərin də baş verənlərdən məlumatlı olması, bu üzdən də barəsində məlumat gedən məmurun çəkinməsindən irəli gəlir: reallıqda olanı yalanlamaq imkansız olur.

Uzun müddətdir haqqında yazılan tənqidlərə, kifayət qədər təəccüb doğuran informasiyalara susmaqla cavab verən məmurlardan biri də Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur. İki il əvvələdək ölkənin bank sektorunun tək sorumlusu olan Rüstəmovun əksər səlahiyyətləri bu sektorda böhran başlanan vaxtlarda əlindən alınıb. Bank sektoru ilə bağlı həlledici qərarları Mərkəzi Bank deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası verir. Baş bankirlə bağlı isə çoxsaylı materiallar dərc olunmaqdadır. Ötən ilin payızından başlayan bu prosesə cənab Rüstəmov hələ ki, heç bir reaksiya verməyib. Halbuki həmin məlumatlarda onun böyük biznesinin olduğu deyilir. Bildirilir ki, o və ya onun yaxınları devalvasiyalardan cəmi bir neçə həftə öncə Azərbaycan banklarından böyük həcmdə - 750 milyon manat - təxminən 1 milyard dollar kredit götürüb. Onun “Respublikabank” və digər banklardan götürdüyü bu vəsaiti Gürcüstanda qurduğu tikinti biznesinə yatırdığı iddia olunur.

Onu da qeyd edək ki, baş bankirin “Respublikabank”ın qeyri-rəsmi sahibi, yaxud hamisi olmasına dair məlumatlar uzun müddətdir yayılırdı. Bu baxımdan, kreditin məhz bu bankdan alınması təəccüblü görünmür. Eyni zamanda devalvasiya qərarı da bir gündə alınan bir qərar deyildi. Belə bir qərarın alınması üçün azı bir neçə həftə əvvəldən E.Rüstəmov başda olmaqla, hökumətdə geniş müzakirələrin aparıldığı aydın məsələdir. Bu isə o deməkdir ki, Mərkəzi Bank rəhbəri devalvasiya olacağını bilərək, hamisi olduğu deyilən bankdan böyük məbləğdə vəsaiti kənara çıxarıb. Aydın məsələdir ki, o vəsait Gürcüstana manat şəklində deyil, dollara çevrilərək aparılıb. Bu zaman Mərkəzi Bankın milyardlarla dollar ehtiyatının bir hissəsinin hara sərf olunduğu da aydın olur.

Yuxarıda da qeyd etdiyimiz kimi, susmaq əksər hallarda razılığın əlaməti sayılır. Əgər 6-7 aydan bəri yayılan bu məlumatlara susmaqla cavab verirsə, demək ki, E.Rüstəmovun deməyə sözü yoxdur. Yəni bu susqunluğun arxasında 750 milyon manat kredit əməliyyatı dayanır. Bu əməliyyatın ucu isə böyük biznesə gedib çıxır...