Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Seçki debatları niyə tez yekunlaşdı...

Tarix:5-04-2018, 08:15 Baxış Sayı:129

Seçki debatları niyə tez yekunlaşdı...

Prezidentliyə namizəd daha 3 debatın keçirilməsi təklifini verdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Azərbaycan Prezidentliyinə namizədlər üçün ayırdığı ödənişsiz efir vaxtı başa çatıb. Şirkət namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırıb.

Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib. Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib. Sonuncu debat aprelin 3-də olub.

Bundan sonra prezidentliyə namizədlər ödənişli efir vaxtından isə istifadə edə bilərlər. İTV-də prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-da saat 8-də dayandırılacaq.

Namizədlər və onların səlahiyyətli nümayəndələrinin yerlərdə seçicilərlə görüşləri isə davam edir.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

ADP-nin prezidentliyə namizədi Sərdar Cəlaloğlu bildirib ki, ödənişsiz efir vaxtının müddəti, həmçinin seçki təşviqatının başa çatmasından 6 gün öncə ödənişsiz efir vaxtının başa çatdırılması Seçki Məcəlləsinin tələbi deyil. Bu, siyasi bir qərara bənzəyir: “Efirdə seçki debatları seçicilərin seçkilərdə aktiv iştirakı üçün çox ciddi rol oynayır. Məhz bu debatlar cəmiyyətdə seçkiyə müəyyən qədər marağı artırırdı. Debatların seçkiyə bir həftə qalmış dayandırılması seçkidə insanların aktivliyinə mənfi təsir edəcək, passivlik yenidən yaranacaq. Ona görə də İTV-də daha üç debat təşkil edilsə, ümumi işin xeyrinə olar. Söhbətlərimizdən belə qənaətə gəldim ki, debatlarda çıxış edən digər namizədlər də debatların tez dayandığı və əlavə bir neçəsinə ehtiyac olduğu düşüncəsindədir. Baxaq görək Mərkəzi Seçki Komissiyası və digər aidiyyəti orqanlar bu məsələyə necə yanaşırlar. Ödənişli efir vaxtı da var. Lakin bizim maliyyə imkanlarımız yoxdur ki, saniyəsi ən azı 20 manat olan efir vaxtından istifadə edək. Maliyyə imkanlarımız olsa ödənişli efir vaxtından tam olaraq istifadə edib seçicilərə sözümüzü daha ətraflı çatdırardıq. Yerlərdə seçicilərlə görüşlərimiz olur və qarşıdakı günlərdə də davam etdirəcəyik. Ancaq bəllidir ki, bu görüşlər efir vasitəsilə xalqla təmasları əvəz edə bilməz. Məsələn, mən Gəncə şəhərində bir zalda 300 nəfər seçici ilə görüşəcəyəm. Fikirlərimi yalnız o zaldakılar eşidəcək. Efirdəki çıxışlarımı isə yüz minlərlə Gəncə sakini eşitmək imkanındadır. Görünür, səsimizi bu şəkildə bütün xalqa ətraflı çatdırmağımızı istəmədikləri üçün ödənişsiz efir vaxtını həm az verdilər, həm də elə edildi ki, seçkiyə bir həftə qalmış bu imkan əlimizdən çıxdı.

AzTV-də prezidentliyə namizədlərə ödənişsiz efir vaxtının ayrılmaması, ümumiyyətlə, orada heç bir seçki müzakirələrinin aparılmaması isə nonsensdir. Prezident seçkisi dövlətin bir nömrəli siyasi aksiyasıdırsa, dövlət televiziyasında bu proses xüsusilə işıqlandırılmalıdır, müzakirələr təşkil edilməlidir. Hətta namizədlərin keçirdiyi görüşlər barədə AzTV-də xəbər verilmir. Sanki dövlət televiziyası mühüm dövlət aksiyasından tamamilə kənarda qalıb. Dövlət qəzetlərində namizədlərin təşviqat materialları çap edilir. Lakin dövlət televiziyası bunu da eləmir. Bu çox ciddi qüsurdur. Televiziya debatlarına əhali arasında, hətta Azərbaycanın hüdudlarından kənarda çox ciddi maraq var. Bundan istifadə edib xalqın seçkidə ciddi şəkildə iştirakına nail olmaq olar".

Aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları isə gücləndirilmiş iş rejiminə keçəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Dünən həmçinin məlumat verilib ki, prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək. Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından olan nümayəndə heyətinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar başçılıq edəcək.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL