Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Ekspert səbəb qismində iki neqativ tendensiyadan danışdı: “Bu şərtlər ödənməsə, qiymətlər hətta mövsümdən sonra da düşməyə bilər”Son günlər ölkədə meyvə-tərəvəz məhsullarının qiymətində kəskin artım müşahidə edilir. Yaz ayları olduğu üçün insan orqanizminin vitaminə olan tələbatı adətən daha da artır. Lakin bununla bərabər bazarlarda qiymətlərin də yüksəlməsi əhalini çətin vəziyyət salıb.
Mağazalarda olduğumuz zaman müşahidə etdik ki, piştaxtaya yaxınlaşıb meyvə almaq istəyən əksər alıcı qiymətlərdən şikayətlənib, geri çəkilir. Vəziyyət həm açıq bazarlarda, həm də iri ticarət mərkəzlərində eynidir. Hər yerdə qiymətlər yüksəkdir. Xüsusilə də insanları narahat edən xiyar-pomidorun qiymətinin xeyli qalxmasıdır.
Öyrəndik ki, hazırda bazarda pomidorun qiyməti 4.86 manatla 5.50 manat arasında dəyişir. Xiyarın qiyməti 4 manat və daha yüksəkdir. Meyvələrə gəlincə isə almanın qızıləhmədi növünün qiyməti 5 manat, digərləri isə ən ucuz 1 manat 50 qəpiyə satılır. Təbii ki, ucuz qiymətə olan meyvə heç də yaxşı vəziyyətdə deyil. Armudun kiloqramı 4 manat 85 qəpik, mandarin 4 manat 95 qəpik, portağal 2 manat və daha yüksək qiymətə satılır. Kartof-soğanın da qiyməti mağazalarda 80 qəpikdən bahadır.
Bəs qiymətlərin bu qədər baha olmasının səbəbləri nədir? Natiq Cəfərli bir neçə səbəb sadaladı: “Təbii ki, burada mövsümü səbəb əsas səbəblərdən biridir və hər zaman da belə olub. Köhnə məhsullar bitib, yeniləri çıxmadığı üçün qiymətlər qalxıb. Bu, daim təkrarlanan hallardan biridir. Son zamanlar əsas səbəblərdən biri də ixracatla bağlıdır. Təbii ki, ixracatın olması yaxşı haldır. Azərbaycan kənd təsərrüfatı məhsullarını daha çox ixrac etdikcə, valyutanı da çox götürür. Ancaq məsələ burasındadır ki, Azərbaycanda ixracatın həcmi istehsalla paralel olaraq artmır. İstehsal artmadığı halda, əsas diqqət də ixracata yönəldiyi üçün yerli bazarlara çıxan məhsulların həcmi azalır. Təbii ki, həcm azaldıqca da məhsulun qiyməti qalxır. Xüsusilə də son iki ildə bu tendensiya özünü açıq şəkildə büruzə verməkdədir. Burada artıq düşünmək lazımdır ki, ixracatın artımı ilə paralel, istehsalın da artırılmasını düşünmək lazımdır. Bu baş verməsə, yerli məhsulların ölkə bazarına çıxışı həcm olaraq azalsa, qiymət hətta mövsümdən sonra da düşməyə bilər. Yəni əvvəlki illərlə müqayisədə ucuzlaşmanın baş verdiyini görməyə də bilərik. Ona görə də burada balanslı yanaşmanın olması mütləqdir. İstehsal artmalıdır ki, həm yerli, həm də xarici bazarlara məhsulu çıxarmaq mümkün olsun, qiymət də fantastik dərəcədə qalxmasın”.
Ekspert bildirib ki, soğan, kartof məhsulunu idxal etməsək, qiymət daha yüksək olar: “Soğanı hətta idxal da edirik. Eləcə də kartofla bağlı bu, belədir. Onlar olmasa, qiymət daha yüksək olar. Hətta Türkiyə fermerləri bu yaxınlarda həm soğan, həm kartofla bağlı Azərbaycana ixracat üçün müraciət etmişdilər. Pomidora gəlincə isə ixracat məhsulları içərisində bu, liderdir. Yəni xaricə ən çox pomidor ixrac olunur. 2 ildir ki, pomidor öz liderliyini bu sahədə qoruyur. Təbii ki, xarici bazarlara pomidor ixrac olunursa, yerli bazarlara bunun təqdimatı azalır. Bu isə qiymətlərin artımına ciddi təsir göstərir. Qiymətləri aşağı salmaq üçün iki variant ola bilər. Ya yerli istehsalı stimullaşdırmaq lazımdır, ya da ən azı qış mövsümündə həmin məhsullar üzrə gömrük rüsumları tamamilə sıfırlanmalıdır ki, məhsul daha çox gətirilsin və qiyməti də aşağı düşsün. Hökumətin əlində bu cür geniş təsir riçaqları var”.