Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Postkommunist Avropası və Avrasiyasında yeni norma yayılıb – hökumətlər müstəqil qurumlara və vətəndaş cəmiyyətinə nifrət edir, siyasi müxalifətə və müstəqil mediaya hücum olunur, hakim partiyanın dövlətə qarışmasından ötrü fasiləsiz cəhdlər edilir. Bunu ABŞ-da mənzillənən Freedom House insan haqlarını müdafiə təşkilatı yeni hesabatında bildirir.
Qurum illik “Keçid Ölkələri” (Nations in Transit) hesabatını yayıb. Builki hesabat “Antiliberalizmlə Mübarizə” adlanır.
Sənəddə bildirilir ki, Macarıstan və Polşa kimi ölkələrdə antiliberal siyasətin yayılması regionun əsaslarını, demokratik perspektivlərini eybəcər hala salıb.
“Bunu uzun müddət idi Rusiya, Orta Asiya, yaxud Belarusda müşahidə edirdik. Ancaq getdikcə Mərkəzi Avropada – Macarıstan və Polşada da artdığını görürük. Bunun artıq institutların səviyyəsinə təsir göstərdiyini də görməyə başlayırıq. Ən dramatik dəyişikliklər Polşada baş verir”, – hesabatın layihə direktoru Nate SchenkkanAzadlıqRadiosu-na deyib.
Dəyərləndirilən 29 ölkədən 19-nun demokratiya balları aşağı olub. Bu, layihənin 23 illik tarixi boyunca ən kəskin düşüşdür. Artıq ikinci ildir ki, möhkəmlənmiş avtoritar rejimlərin sayı möhkəmlənmiş demokratiyalardan yüksək olub.
“OTURUŞMUŞ AVTOKRATİYALAR”
Türkmənistan “Avrasiyanın oturuşmuş avtokratiyaları” qrupunda liderdir, regionda ən pis göstəriciləri olan ölkə sayılır. Bu qrupa Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistan daxildir. Hesabatda bildirilir ki, on illər boyunca davam edən “avtoritar idarəçilik, biabırçı korrupsiya və meqalayihələrə aşırı xərclər” Türkmənistanı hərtərəfli iqtisadi böhrana sürükləyib.
Azərbaycan hakimiyyət bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.
Hesabatda deyilir ki, struktur islahatların çatışmazlığı və Ukraynanın Krım vilayətini ilhaq etməsi üzündən qoyulan beynəlxalq sanksiyalar Rusiyanı “iqtisadi çöküş”lə qarşı-qarşıya gətirib.
Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstan regionda avtoritarizmə sürüklənmə riski böyük olan ölkələr kimi sadalanır.
Hesabata görə, Ukraynada fundamental islahatlar pəncərəsi qapanmasa da, antokorrupsiya islahatlarına siyasi dirəniş, vətəndaş cəmiyyətinə və mediaya hücumlar 2014-cü ildən bəri ilk dəfə olaraq ölkənin demokratiya balını salıb.
Freedom House son bir ildə Makedoniya və Özbəkistanda müsbət dəyişikliklərin baş verdiyini vurğulayır.