Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb.
SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Seçkii günü müşahidəçilər 125 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində statistikaya əsaslanmış müşahidə aparıblar.
Müşahidəçilər səsvermə günü və səslərin sayılması zamanı “seçki prosesinə ziyan vuran ənənəvi və ciddi qanun pozuntularını” qeyd ediblər. Seçki məntəqələrinin 47%-də adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı qeydə alınıb. 53% seçki məntəqəsində seçki qutusuna saxta bülletenlərin atılması, bir şəxsin bir neçə dəfə səs verməsi halları qeydə alınıb.
Seçki məntəqələrinin yalnız 8%-də ciddi qanun pozuntuları baş verməyib. Seçki günü müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiqlər qeydə alınıb.
SMDTM ilə əməkdaşlıq edən müşahidəçilər əksər seçki məntəqələrində seçici fəallığı ilə bağlı rəsmi rəqəmlərdən
əsaslı şəkildə aşağı olan rəqəmlər qeydə alıblar. Rəsmi nəticələr üzərində detallı analiz sayəsində SMDTM elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqlar müəyyən edib.
Bu nəticələr seçki məntəqələrinin yarısından çoxunda seçki qutularına toplu bülletenlərin atılması, seçici fəallığının süni şəkildə şişirdildiyini ifadə etməyə əsas verir, o cümlədən ümumi nəticələrin etibarlılığını şübhə altına qoyur.
SMDTM-nin ümumi dəyərləndirməsi göstərir ki, 11 aprel seçkiləri siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib.