Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Milli Şuradan Tusk və Yaqlanda etiraz

Tarix:16-04-2018, 17:22 Baxış Sayı:158

Milli Şuradan Tusk və Yaqlanda etiraz

Azərbaycan hakimiyyətinin seçki saxtakarlığına haqq qazandırmayın

Milli Şura bəyanat verərək, 11 aprel saxta seçkilərinəmünasibətdə bir sıra beynəlxalq təşkilatların başçılarının ikili mövqeyi tutmasına etirazını bildirib. Bəyanatda deyilir:

Məlum olduğu kimi Azərbaycan hakimiyyətinin 11 apreldə keçirdiyi saxta seçkilər ATƏT DTİHB və Avropa Şurası müşahidə missiyaları tərəfindən mənfi qiymətləndirilmiş, növbədənkənar seçkilərin ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığı, vətəndaşların azad şəkildə öz iradəsini ifadə edə bilməməsi,  ifadə, söz və mətbuat azadlıqlarının kəskin məhdudlaşdırıldığı, ölkə müxalifətinin növbədən kənar seçkiləri boykot etdiyi, plüralizmin və həqiqi rəqabət mühitinin olmadığı, siyasi fəaliyyət imkanlarının məhdudlaşdırıldığı, sərbəst toplaşma azadlığının təmin edilmədiyi, ölkədə çoxsaylı siyasi məhbusların olduğu şəraitdə keçirildiyin qeyd etmişdir. ATƏT DTİHB öz rəyində bildirib ki, tələbələr, büdcə təşkilatlarının işçiləri hakim partiya kimi YAP təşviqatına cəlb olunub. Seçki günü baş vermiş pozuntularla bağlı ATƏT DTİHB və Avropa Şurası müşahidə missiyalarının rəyində göstərilir ki, 11 apreldə seçki qutularına topa bülletenlerin atılması, karusel qruplarından istifadəedilməsi, bir adamın bir neçə dəfə səs verməsi, mətbuta işçiləri və müşahidəçilərə zor tətbiq edilməsi, icra orqanlarının seçkiyə müdaxiləsi halları müşahidə edilmişdir. Avropa İttifaqı saxta seçkilərdən dərhal sonra ATƏT DTİHB-in müşahidə missiyasının 11 aprel seçkiləri haqqında mənfi qiymətləndirməyə qoşulduğun bildirib. Avropa İttifaqının açıqlamasında deyilir ki, ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəyindəseçkilərin siyasi fəaliyyət imkanlarının minimuma endirildiyi, qanunvericilik vasitəsiləfundamental hesab olunan sərbəst toplaşma azadlığı təmin edilməyib, seçki günü müşahidəçilər çoxsaylı qanun pozuntuları ilə qarşılaşmışlar, seçki qanununun tələblərinə geniş miqyasda sayğısız münasibət göstərilib. Bütün deyilənlər Azərbaycanda seçkilərin saxtalaşdırılması, Azərbaycan xalqınım seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan məhrum edilməsi, xalqın seçim haqqının mənimsənildiyin aydın şəkildə təsdiq edir. 

Azərbaycan xalqının boykot etdiyi, tam saxtakarlıq şəraitində hakimiyyətin xalqın seçki hüququnu mənimsənildiyi bu məzhəkədən sonra Avropa Şurasının baş katibi cənab Torbörn Yaqland və Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tuskun İlham Əliyevə prezident “seçilməsi” münasibəti ilə təbrik göndərməsi təəccüb vətəəssüf doğurur. Avropa məkanında azad, ədalətli, demokratik seçki keçirilməsinəcavabdeh olan Avropa Şurası və Avropa İttifaqı kimi mötəbər qurumların Əliyev rejiminin seçki korrupsiyasına təbrik göndərməsi Azərbaycan xalqının seçki haqqının mənimsənilməsinə göz yummaq anlamına gəlir və bu qurumların rəhbər tutduğu demokratik prinsiplərlə bir araya sığmır. Milli Şura azad dünyanı təmsil edən beynəlxalq birlikləri və dövlətləri elan etdikləri demokratik prinsiplərə və Azərbaycan xalqının fundamental hüquqlarına, o cümlədən seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququna hörmətlə yanaşmağa, Azərbaycan hakimiyyətinin seçki saxtakarlığına haqq qazandırmamağa çağırır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL