Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Fikrət Hüseynli girovluqdan xilas oldu

Tarix:17-04-2018, 15:25 Baxış Sayı:134

Fikrət Hüseynli girovluqdan xilas oldu

Jurnalist Ukraynadan necə getdi?

2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycan prokurorluğunun sorğusu əsasında “Borispol” hava limanında saxlanılan jurnalist, “Turan TV”nin əməkdaşı Fikrət Hüseynli altı aydan sonra – aprelin 17-də Ukraynanı tərk edib. Bu barədə  “Turan TV”nin rəhbəri Qənimət Zahid məlumat verib.

F.Hüseynli Kiyevdə hava limanında saxlandıqdan sonra Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinin araşdırılması məqsədilə jurnalistin 18 günlük həbsinə qərar verib. Oktyabrın 27-də isə Kiyevin Lukyanovski Məhkəməsi F.Hüseynlinin həbsdən buraxılması haqda qərar çıxarıb. Həmçinin jurnalistin Azərbaycana ekstradisiyası haqqında prokurorluğun vəsatəti də təmin olunmayıb. Kiyev Vilayət Prokurorluğu qərardan apellyasiya şikayəti verib və F.Hüseynlinin həbsini tələb edib. Fevralın 13-də məhkəmə yenə ekstradisiyadan imtina edib.

Aprelin 2-də isə Piçerski Rayon Məhkəməsi ümumiyyətlə, F.Hüseynlinin ekstradisiyası ilə bağlı yoxlamanın dayandırılmasına qərar verib. Buna baxmayaraq, prokurorluq F.Hüseynlinin pasportunu qaytarmayıb. Həm də yoxlamanın dayandırılması məsələsinə yenidən baxılması üçün bir daha məhkəməyə müraciət edib.

Ukrayna mediasının yaydığı məlumata görə, aprelin 16-da keçirilən məhkəmədə F.Hüseynlinin vəkili Dmitri Mazurok müvəkkilinin sənədlərinin qaytarılmamasına etiraz edib. Müdafiəçi bunun hüquq pozuntusu olduğunu bildirib. Hakim pasportu F.Hüseynliyə qaytarıb. Prokuror etiraz edib. Deyib ki, pasportun qaytarılması haqda qərar çıxarılmayıb.
Məhkəmə aprelin 19-na təxirə salınıb.

F.Hüseynlinin Ukraynadan çıxışına qadağa olmadığından o, aprelin 17-də Kiyevi tərk edib və vətəndaşı olduğu Niderlanda yollanıb.

F.Hüseynlinin əməkdaşı olduğu “Turan TV”nin rəhbəri Q.Zahid bildirib ki, aprelin 19-da keçiriləcək məhkəmədə jurnalistin vəkilləri iştirak edəcəklər. Əgər məhkəmənin F.Hüseynlinin özünün iştirakı olmadan keçirilməsi mümkün olsa, o halda, jurnalist Kiyevə qayıtmayacaq: “Yox, əgər deyilsə ki, Fikrət Hüseynilinin şəxsən iştirakı vacibdir, o halda, özü də gəlib iştirak edəcək”.

Qeyd edək ki, Fikrət Hüseynli əvvəllər “Azadlıq” qəzetinin əməkdaşı olub və məruz qaldığı təzyiqlər üzündən 2008-ci ildə Azərbaycanı tərk edib. Niderlandda yaşayan F.Hüseynli “Turan TV”nin, “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır və Azərbaycan kökumətini tənqid edən fikirləri, korrupsiyanı ifşa edən materialları ilə tanınır.

F.Hüseynini İnterpol xətti ilə axtarışa verən Azərbaycan prokurorluğu onun barəsində cinayət işi başlayıb. Jurnalist CM-nin 178 (dələduzluq) və 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Ukrayna məhkəmələri F.Hüseynlini Azərbaycana təhvil verməkdən imtina edəndən sonra Azərbaycanın baş prokuroru Zakir Qaralov şəxsən bu məsələyə qoşularaq, onun ekstradisiyası üçün məktub göndərmişdi. Məktuba F.Hüseynlinin tədbirlərin birində Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru mixail Saakaşvili ilə birlikdə olan fotosunu da məktuba əlavə etmişdi. Amma Qaralovun bu məktubunun da xeyri olmadı.

F.Hüseynli barəsində başlanmış cinayət işinin saxta olduğunu və jurnalist fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi güdüldüyünü bildirir.
Bir çox beynəlxalq təşkilatlar da F.Hüseynlinin Azərbaycana təhvil verilməsinin qarşısını almaq üçün Ukraynanın müvafiq qurumlarına müraciət etmişdi.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL