11-05-2025, 16:09- UEFA Rusiyanın arzusunu gözündə qoydu
10-05-2025, 12:00- Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı maqnat Britaniyada KFC restoranlar şəbəkəsinə gizli milyonları belə yatırdı
9-05-2025, 18:00- Bərdədə çayda batan Əlinin - Fotosu
9-05-2025, 17:30- Ezginin evini “bomj”lar ələ keçirdi
9-05-2025, 17:30- “Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
9-05-2025, 17:00- DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
9-05-2025, 17:00- Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
9-05-2025, 17:00- Macarıstan iki ukraynalı diplomatı ölkədən çıxarır
9-05-2025, 16:30- Orta məktəbdə bıçaqlanma - Yaralı var
9-05-2025, 16:30- ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
9-05-2025, 16:00- Məktəb direktorunun səs yazısı yayıldı: Araşdırma başladı
9-05-2025, 16:00- Hindistandan Azərbaycan və Türkiyə ilə bağlı ŞOK QADAĞA
27-04-2025, 16:30- Avropada yaşayan siyasi mühacir Yusif Rəsulov Azərbaycandakı siyasi məhbuslara azadlıqla bağlı mitinqdə iştirak edib
16-04-2025, 01:00- Bakıda qız sərxoş atasını bıçaqladı
15-04-2025, 09:00- Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
14-04-2025, 13:00- İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstan prezidenti ilə görüşdən görüntülər paylaşılıb
12-04-2025, 12:55- Xəbərdarlıq: Yağ alarkən bunlara diqqət edin!
12-04-2025, 12:53- Ölkəmizin valyuta ehtiyatları: Proqnoz nikbindir, reallıq necə olacaq?
12-04-2025, 12:50- ABŞ Ukrayna qaz kəmərinə nəzarət istəyir – Gərgin danışıqlar ifşa oldu
12-04-2025, 12:46- Platon Karatayev hara, qaçaq Nəbi hara?..
AXCP sədri Əli Kərimli Ermənistanda baş verən hadisələr fonunda Azərbaycandakı vəziyyətlə bağlı fikirlərini fb səhifəsində bölüşüb:
“Mənə çox maraqlıdır, İlham Əliyev eşidəndə ki, Ermənistanda nümayişlərin əsas şüarlı “Ölkəni Azərbaycanın gününə qoymayın!” şüarıdır, nə düşündü? Utanc, yoxsa fəxr duyğusu yaşadı? Yenə də ürəyindən keçirtdimi ki, “Cümhuriyyət qurucuları sağ olsaydı, bu günümüzlə fəxr edərdilər”?
Aylar öncə millət olaraq bizə bu utancı uzaq Afrikada bir neçə qeyri-demokratik ölkədən biri olan Kenyanın müxalifət lideri də yaşatmışdı. Keniyada prezident seçkilərindən sonra müxalifətin namizədi Rail Odinqa saxtakarlığın miqyasına işarə edərək, “belə kütləvi saxtakarlıq ancaq Azərbaycanda ola bilərdi” demişdi…
Vә ölkəni bütün dünya üçün pis nümunəyə çevirdikdən sonra tələsik, xəlvəti andiçmə keçirdib, qeyri-legitim 4-cü prezidentliyinə başlamasını da atəşfəşanlıqla qeyd etdi.
Millət olaraq ciddi düşünməliyik. Saxta seçkilərin ölkəmizin adını bütün dünyada bədnam etməsinin də, korrupsioner və oğruların daha bir müddət hakimiyyətdə qalmasının ağır fəsadlarının da hesabını millət olaraq bizlər birlikdə verməli olacağıq.
Hələlik isə xalqımızın diqqəti Yerevan küçələrindədir. İşğalçı ölkənin iqtidarlı-müxalifətli bizdən xeyli irəli getdiyini görmək çox üzücüdür. Ermənistan hazırda da demokratiya sahəsində bizdən çox irəlidədr. Əliyevlərin dövründə 4 dəfə prezident dəyişmiş bu ölkədə müxalifət hər zaman parlamentdə təmsil olunub, bəzən də bir neçə fraksiya ilə. Müstəqil televiziya, radio və qəzetləri var. İstədikləri vaxt Yerevanın mərkəzi meydan və küçələrində, eləcə də ölkənin istənilən şəhər və rayonunda etiraz aksiyası keçirə bilirlər. Rusiyanın hesabına silahlandıqları, torpaqlarımızı işğal etdikləri halda Avropa Birliyi ilə də münasibətlərdə bizdən çox öndədirlər. İndiki hərəkat isə gerçək demokratiyaya keçid üçündür. Düzdür, bu mərhələnin belə tez başa çatacağını gözləmirəm. Bütün azadlıqlara rəğmən Yerevan küçələrində nümayişçilər onminlər yox, minlərdir. Həmin bir neçə min nəfər maneəsiz olaraq mərkəzi küçələri, körpüləri bağlayıb, dövlət təşkilatlarını blokadada saxlaya bilir. Polis yalnız nümayişçilərin dövlət idarələrinə girişini əngəlləmək üçün, həm də ölçülü güc tətbiq edir. Bəlkə də Azərbaycandakı hakimiyyət düşünür ki, “biz həqiqətən də regionun lider dövlətiyik, bizim çevik polis alayımız həmin bir neçə min nümayişçini 10-15 dəqiqəyə dağıdardı, ancaq Ermənistan hakimiyyəti zəifdir, bacarmır”. İstisna etmirəm ki, belə düşünürlər. Çünki təfəkkürcə çox geridə qalıblar və gücün müasir ölçü vahidlərindən xəbərsizdirlər. Başa düşmürlər ki, Ermənistandakı hazırkı prosesdən onun iqtidarı da, müxalifəti də, bütövlükdə ölkә dә udur. Bu demokratik proses işğalçı qonşumuzu Rusiyadan daha müstəqil, Avropa Birliyinə daha yaxın olmağa aparır, ölkənin nüfuzunu, imicini dünyada gücləndirir və əsl demokratiyaya keçmə müddətini yaxınlaşdırır.
Biz də düşünməliyik. Həm də hamılıqla. İlk növbədə İlham Əliyev düşünməlidir. Daha nə istəyir Azərbaycan xalqından? Bu gözəl ölkəni, Rəsulzadə yurdunu bütün dünyada bu şəkildə rüsvay etmək, dövlətin, millətin inkişafına əngəl olmaq insafdandırmı? Azərbaycan məmurları, polisləri, onların rəisləri düşünməlidir. Düşmən ölkənin polisinin, məmurunun öz xalqına qoyduğu hörmətə bizim xalqımnız da layiq deyilmi? Niyə ermənilərin özlərinə layiq bilmədiyini siz bu millətə rəva görürsünüz? Və millət olaraq hamılıqla düşünməliyik. Bütün dünya dəyişikliyi, tərəqqini, xalq hakimiyyətini seçərkən, bizlərin “Suriya kimi başımıza bomba tökülmür ki…” deyib, öz fəaliyyətsizliyimizə haqq qazandırmağımız düzgündürmü? Bu gün Cənubi Qafqazda gedən demokratiya savaşının həm də Qarabağ savaşı olduğunun fərqində deyilikmi? Aydın deyilmi ki, demokratikləşmə sahəsində öndə olan millətə dünyanın rəğbəti də daha çox olacaq? Aydın deyilmi ki, azadlığı olmayan millətin nə inkişafı, firavan həyatı, nə də Qarabağı olacaq?”