Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Yol hərəkətinin təşkili və yol hərəkət qaydaları üzrə tanınmış ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan dəyişiklikləri şərh edib.
Ekspert dəyişikliklərin taksi sürücüləri üçün maraqlı olacağını deyib: “Taksilərin tək-tükündə taksometr var. Bəzən DYP taksi sürücülərinə bu qurğu olmadığına görə İXM-in 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı.
Dünən təsdiqlənən dəyişikliyə görə təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma bu dəyişiklik 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz. Görünür, düşünürlər ki, 1 yanvar 2019 tarixinədək taksilər taksometrlə təmin olunacaq”.
Ekspert İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik olan taxoqrafdan istifadə ilə bağlı fikirlərini də bölüşüb: “Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir. Yenilik odur ki, 1 yanvar 2019-cu ildən daxili daşımalarda da taxoqrafdan istifadə etməyənlər cərimələnəcək.
Ölkədaxili daşımalarda taxoqrafın olması bu avtobuslar və yük avtomobilləri üçün məcburidir:
– icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün (maksimum sürəti 40 km/saatdan az olanlar istisna olmaqla);
– şəhərlararası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtobuslar üçün (daşıma məsafəsi 50 km-dən az olanlar istisna olmaqla).
Şəhəriçi avtobuslar və taksilər üçün, eləcə də kiçik yük avtomobilləri üçün taxoqraf nəzərdə tutulmur.
Bu dəyişikliyə qədər yalnız beynəlxalq daşımalarda taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə cərimə var idi. Maraqlısı odur ki, həmin cərimə bu gündən ləğv olunur, yeni cərimə isə 1 yanvar 2019-dan qüvvəyə minir.
Deməli, bu gündən başlayaraq 1 yanvar 2019-dək beynəlxalq daşımalarda da taxoqrafdan istifadə etməyən avtobuslara və yük avtomobillərinə görə heç kəs cərimələnə bilməz.
Amma ölkədaxili daşımalarda kütləvi taxoqraflaşma yaxın müddət üçün inandırıcı deyil”.