Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

Təkcə bu rüsvayçılığa görə İlham Əliyev hakimiyyətdən getməlidir

Tarix:24-04-2018, 15:04 Baxış Sayı:119

Təkcə bu rüsvayçılığa görə İlham Əliyev hakimiyyətdən getməlidir

AXCP sədri Əli Kərimli Avropa Şurasında hazırlanmış hesabatda yer almış avropalı siyasətçilərə əxlaqsız təklif edilməsi haqqında faktla bağlı məsələyə öz fb səhifəsində münasibət bildirib:

“Hökumətdəki namus, qeyrət dağarcıqları, “menatilitet”, “milli-mənəvi dəyər” daşıcıları haradadır? İlham Əliyev hər dəfə Qurana əl basıb and içmir ki, ölkəni milli-mənəvi dəyərlərə uyğun idarə edəcək? Bəs bu nə biabırçılıqdır ki, İlham Əliyevin hakimiyyəti edir?
Korrupsiya da, seçki saxtakarlığı da, başqa şeylәr dә bir tərəfə, təkcə bu rüsvayçılığa görə İlham Əliyev hakimiyyətdən getməlidir.
Söhbətin hansı biabırçılıqdan getdiyini izah edirəm. Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb. 10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb. Bir neçə gündür ki, dünyanın onlarla nüfuzlu nəşri bu hesabatı yayır və müzakirə edir. Hesabat isə biz azərbaycanlılar üçün xəcalətdir. Bəli, biz bilirdik, rejim xalqdan oğurladığı pullar hesabına AŞ PA deputatlarına pul, kürü, zinət əşyaları verib ki, onlar Azərbaycandakı insan hüquqları pozuntusuna, seçki saxtakarlığına göz yumsunlar. İndi AŞ PA-nın rəsmi istintaqı bütün bu məlumatları təsdiqləyib. Həm də onlarla avropalıya belə hədiyyə və rüşvət verildiyi təsdiqlənib.
Daha dəhşətlisi isə odur ki, qeyrətsizlər avropalı siyasətçilərə təkcə pul, kürü, xalça, qızıl, brilyant yox, həm də cinsi xidmət göztərmək üçün azərbaycanlı qızları təklif ediblər. Rəsmi hesabatda belə də yazılıb:
“Avropalı deputatlara xalçalar, kürü, brilyant və mirvarilərlə bəzədilmiş qızıl boyunbağı və s. hədiyyələrlə yanaşı, Bakıda cinsi xidmətlər də təklif olunub… Lüksemburqdan cənab Yves Kruçten hesabat üzərində işləyərkən Azərbaycanın lobbiçiləri yaxınlaşaraq ona Azərbaycanda yaxşı qara kürü və qızların olduğunu deyiblər… Şahidlər bildirib ki, deputatlara cinsi xidmətlər də təklif olunub.”

Əziz həmvətənlər, ölkəni idarə edənlərin gerçək kimliyini indi bildinizmi? Onların hansı əxlaqın daşıyıcı olduqlaqrını, azərbaycanlı qadınlara necə yanaşdıqlarını gördünüzmü? Belə bir rejimin bu xalqı əsarətdə saxlamağa haqqı varmı?”

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL