Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”
Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”
Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 163-cü yerdədir. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar təşkilatı aprelin 25-də açıqladığı Mətbuat Azadlığı İndeksinə əsasən bildirir.
Qonşulardan Ermənistan 80, Gürcüstan 61-ci, İran 164-cü yeri tutub.
TRUMP TƏNDİQ OLUNUR
Ancaq RSF həm də xəbərdarlıq edir ki, mətbuat azadlığının pozulması təkcə avtoritar rejimlərə və diktaturalara xas deyil. Builki indeksdə mediaya nifrət mühitinin gücləndiyi daha çox görünür.
Birləşmiş Ştatlar bu il iki pillə geriləyərək 45-ci yerə düşüb.
“Siyasi liderlərin mediaya düşmənçiliyi daha Türkiyə (157) və Misir (161) kimi avtoritar ölkələrlə məhdudlaşmır. Bu ölkələrdə mediafobiya elə qabarıqdır ki, jurnalistlər bir qayda olaraq terrorçuluqda suçlanır, sadiqlik sərgiləməyənlər qanunsuz həbs olunur”, – hesabatda deyilir.
“Demokratik yolla seçilmiş liderlər getdikcə daha medianı demokratiyanın təməl sütunu kimi görmürlər”, – sənəddə vurğulanır.
Budəfəki hesabatda ABŞ prezidenti Donald Trump kəskin tənqid olunur, “medianı qaralamağa həvəsli” kimi göstərilir. Onun jurnalistlərlə bağlı “xalqın düşməni” ifadəsini işlətməsi yada salınır, vaxtilə sovet diktatoru Joseph Stalin-in bu sözü dilə gətirdiyi vurğulanır.
Artıq ikinci ildir Norveç və İsveç birinci və ikinci yerləri tutub. Şimali Koreya isə indeksin dibində yer alıb.
“QOLUZORLULAR” NÜFUZ DAİRƏSİNİ GENİŞLƏNDİRİR
RSF bildirir ki, bu indeks həm də “qoluzorluların” öz sərhədlərindən kənarda da nüfuzunu yaydığını göstərir.
“Ölkəsində müstəqil səsləri boğan Rusiya (148-ci yer) prezidenti Vladimir Putin RT və Sputnik media orqanları vasitəsilə propaqanda şəbəkəsini genişləndirir. Çin (176) lideri Xi Jinping isə sərt nəzarət etdiyi xəbər və informasiya modelini Asiyaya ixrac edir”, – hesabatda deyilir.
“Onların tənqidi və narazıları amansızcasına susdurması indeksin dibində yer alan Vyetnam (175), Türkmənistan (178) və Azərbaycana (163) dəstək vermiş olur”, – sənəddə bildirilir.
Qeyd edək ki, Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət bildirməyiblər. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının da digər təməl hüquq və azadlıqlar kimi tam təmin olunduğunu bildiriblər.
Ümumilikdə götürəndə keçmiş sovet respublikaları və Türkiyənin dünyada mətbuat azadlığı sahəsində geriləmənin önündə etdiyi bildirilir. Region ölkələrinin üçdə ikisi 150-ci yerə yaxın, ya da ondan aşağıda qərarlaşıb.